• şənbə, 02 Avqust, 12:12
  • Baku Bakı 36°C

Tikinti obyektlərinin qiymətləndirilməsi üçün resurs metodu tətbiq ediləcək

29.05.21 12:30 1299
Tikinti obyektlərinin qiymətləndirilməsi üçün resurs metodu tətbiq ediləcək
Ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün daha dəqiq hesab olunan resurs metodu tətbiq ediləcək
Nazirlər KabinetindənAPA-ya verilən məlumata görə, qəbul edilmiş Qərar ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün 2021-ci il oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyi ilə əlaqədar aşağıdakı limitləşdirilmiş xərc normalarının müəyyənləşdirilməsi, təsdiq və tətbiq edilməsi məqsədilə hazırlanmışdır:
- Tikintidə üstəlik xərclərin normativləri;
- Tikintidə smeta gəlirinin normativlərı;
- Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin (texniki nəzarətin) saxlanılması xərclərinin smeta normativləri;
- Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsaitinin səviyyəsinin müəyyənləşdirilməsi üçün normativlər;
- Müəllif nəzarəti üzrə vəsaitin miqdarının təyin edilməsi üçün normativlər;
- Küləyin təsiri ilə əlaqədar olan xərclərin təyin edilməsi üçün normativlər;
- Müvəqqəti bina və qurğuların tikintisi üzrə sərflərin smeta normaları;
- Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları.
Qərar 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.
banner

Oxşar Xəbərlər