“Haber Global" beynəlxalq xəbər müsabiqəsində iki mükafata layiq görülüb

Türkiyə Xəbər Operatorları Dərnəyinin təşkilatçılığı ilə keçirilən və bu il 28-ci dəfə baş tutan “Zoom Uluslararası Haber Görüntüleri Yarışması”nda ölkənin və regionun aparıcı media qurumlarını təmsil edən onlarla jurnalist və operatorun qatıldığı, 11 fərqli nominasiyada ümumilikdə 220 xəbər süjetinin qiymətləndirildiyi müsabiqədə Global Media Group-a daxil olan Haber Global kanalı iki müxtəlif kateqoriyada mükafata layiq görülüb.
Kanalın operatoru Çağrı Çalışkanın çəkdiyi, müxbir Mehmet Altunışıkın hazırladığı “Eve Dönüş” adlı reportaj “Canlı yayım” nominasiyasında, kanalın kəşfiyyat rəhbəri Mücahit Topçu və operator Serdar Altıntepenin Dəməşqdə hazırladığı “Suriye Devrimi” reportajı isə “Dron xəbərləri” kateqoriyasında üçüncü yerə layiq görülüb.
Qaliblərə mükafatların təqdimatı 2025-ci ilin sentyabr ayında keçiriləcək.
