• cümə axşamı, 28 mart, 16:20
  • Baku Bakı 16°C

Tibbi bankalardan dəstəkləyici vasitə kimi istifadə etmək olar

20.01.23 10:45 469
Tibbi bankalardan dəstəkləyici vasitə kimi istifadə etmək olar

Köhnə müalicə üsulu olan bankalanmaq kiçik bankalarla dərinin təbəqələri arasında yığılan və qaraciyərdə toplanan toksinləri vakuumlayaraq alma üsuludur. Qaraciyər bədənin detoks orqanı kimi toksinlərlə mübarizə aparır, onları yox edir. Banka vasitəsilə həmin toksinlər vakuumlanaraq sorulur.

Tibbi bankalardan illərdən bəri istifadə olunur. Lakin bəzən həmin üsuldan həkim məsləhəti olmadan istifadə edilir. Ona görə də bir sıra yanlışlıqlara yol verilir.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Zakir Quliyev deyib: “Bankadan istifadə olunmasına müalicə üsulu kimi yanaşmaq düzgün deyil. Lakin ondan dəstəkləyici bir vasitə kimi istifadə etmək olar. Xəstənin qanaxma, laxtalanma və qan damarlarında problem varsa, bankalanmadan maksimum dərəcədə uzaq olmaq lazımdır”.

Banka qoymağın müəyyən müsbət təsiri barədə danışan həkim-terapevt bildirib: “Banka qoyulan yerdə qan dövranı sürətlənir, toksinlərin xaric olması baş verir. Lakin onun harada və necə qoyulduğunu də bilmək vacibdir”.

Mütəxəssislərin dediyinə görə, bankalanma bu sahədə məlumatı olanlar tərəfindən aparılmalıdır. Yan təsirləri nəzərə alaraq diqqətli olmaq, toksinlər sorularaq çıxarılanda xəstənin immuniteti də zəifləyə bilər. Ona görə də bankalanmaq istəyənlərin həmin məqamları nəzərə almağı tövsiyə olunur.

banner

Oxşar Xəbərlər