• cümə, 29 Mart, 09:40
  • Baku Bakı 5°C

Teymur Rəcəbov “Opera Euro Rapid” turnirinin ikinci günündə də məğlub olmayıb

08.02.21 10:00 648
Teymur Rəcəbov “Opera Euro Rapid” turnirinin ikinci günündə də məğlub olmayıb
"Champions Chess Tour” çərçivəsində "Opera Euro Rapid” turniri davam edir.
Apasport.az saytının məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışın ikinci günündə daha 5 tur oynanılıb.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov keçirdiyi 5 görüşdə yenə məğlubiyyət acısı yaşamayıb. O, bu gün bütün qarşılaşmalarını "sülh”lə bitirib. Həmyerlimiz Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Vidit Qudjrati (Hindistan) və Danil Dubovla (Rusiya) heç-heçə edib.

Beləliklə, Teymur günü 2,5 xalla bitirərək, aktivindəki xalı 5,5-ə çatdırıb və 7-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə qrossmeysterimizdən 1,5 xal çox toplayan Maqnus Karlsen (Norveç) başçılıq edir. Uesli So (ABŞ) və Aniş Giri (Niderland) isə 6,5 xalla 2-3-cü yerləri bölüşürlər.
Dairəvi sistemlə keçirilən turnirin ilkin mərhələsinin son günündə - fevralın 8-də Rəcəbov Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Uesli So (ABŞ) və Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.
Qeyd edək ki, yarışda 16 şahmatçı üç gün ərzində dairəvi sistemlə mübarizə apardıqdan sonra pley-offa 8 vəsiqənin sahibini müəyyənləşdirəcək. Turnirə fevralın 14-də yekun vurulacaq.

banner

Oxşar Xəbərlər