AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tərtər-Suqovuşan yoluna Naftalandan da giriş olacaq

Tərtər-Suqovuşan yoluna Naftalandan da giriş olacaq

İqtisadiyyat
08 Sentyabr 2021, 19:30 113
Tərtər-Suqovuşan avtomobil yoluna Naftalan şəhərindən daxil olmaq üçün yeni yol çəkilməyə başlayıb.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, həmin yol Tərtər-Suqovuşan yolunun ikinci mərhələsi adlandırılır. Hazırda yolun tikintisinə start verilib: "Yolun 22 kilometrlik Talış-Tapqaraqoyunlu-Qaşaltı hissəsi artıq tikilir. Yol gələn il vətəndaşların istifadəsinə veriləcək. Yol Naftalan şəhərinə birləşdiriləcək. Tərtər-Suqovuşan-Talış yoluna həm də Naftalan şəhərindən gəlmək mümkün olacaq.
Xatırladaq ki, Çaylı-Suqovuşan-Talış avtomobil yolu 70-ci illərdə tikilib, 30 il ərzində işğal altında qalmış yol tamamilə sıradan çıxıb.
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, müharibənin davam etməsinə baxmayaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 28 km olan Tərtər-Çaylı-Suqovuşan -Talış avtomobil yolunun təmir-bərpa işləri ərazi minadan təmizləndikdən sonra çox qısa müddət ərzində, 2 ay ərzində II texniki dəcəyə uyğun yenidən qurularaq istismara verilib.