• çərşənbə axşamı, 16 aprel, 14:24
  • Baku Bakı 19°C

Ötən il məhkəmə və hüquq-mühafizə orqanlarına yönəldilən vəsait məlum olub

24.05.21 11:40 486
Ötən il məhkəmə və hüquq-mühafizə orqanlarına yönəldilən vəsait məlum olub
Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış 73,2 milyon manat vəsait də nəzərə alınmaqla, 2020-ci ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclərə dövlət büdcəsi xərclərinin 7,2%-i həcmində (2019-cu illə müqayisədə 0,4 faiz-bənd çox) və ya 1 milyard 899 milyon 400 min manat vəsait yönəldilib.
APA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, bu, 2019-cu illə müqayisədə 234,6 milyon manat və ya 14,1% çoxdur.
Aztəminatlı əhaliyə dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün isə hesabat ilində dövlət büdcəsindən 2,7 milyon manat vəsait ayrılıb.
banner

Oxşar Xəbərlər