• cümə, 29 Mart, 17:50
  • Baku Bakı 14°C

TANAP-ın kommersiya fəaliyyətində hər hansı ləngimə olmayıb

10.07.20 13:15 513
TANAP-ın kommersiya fəaliyyətində hər hansı ləngimə olmayıb
Trend-in "SOCAR Turkey" şirkətinin Xarici əlaqələr şöbəsinin rəhbəri Murat Lekompte ilə müsahibəsi.
Trans-Anadolu qaz kəməri (TANAP)
Cənub Qaz Dəhlizinin ən vacib parçası olan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi Türkiyənin şərq-qərb enerji mərkəzi olmaq məqsədinə çatması üçün ehtiyac duyduğu təbii qaz nəqli infrastrukturunun onurğa sütununu təşkil edir.
2018-ci ilin iyunundan etibarən Türkiyəyə qaz nəql edən bu xətt hədəflərimizə uyğunu işini davam etdirir. Belə ki, ticarət əməliyyatlarımızın ikinci ilinin başa çatdığı 30 iyun 2020-ci il tarixinədək Azərbaycandan Türkiyəyə TANAP vasitəsilə nəql olunan qazın həcmi 6 milyard kubmetrə çatdı. Nəqlin həcmi və qiyməti əvvəlcədən müəyyənləşdirilmiş 15 il müddətlik qaz tranzit sazişləri çərçivəsində hər il sabit nəqliyyat gəlirlərinin güvəncə altına alınması ilə əlaqədar olaraq dünyada yaşanan iqtisadi və sosial böhranlar TANAP-ın kommersiya fəaliyyətində hər hansı bir ləngiməyə səbəb olmayıb.
STAR neft emalı zavodu
6,3 milyard dollarlıq investisiya ilə həyata keçirdiyimiz və Türkiyənin emal olunmuş neft məhsullar ehtiyacının 25 faizini təkbaşına ödəyən STAR neft emalı zavodu 10 milyon ton xam neft emal etmək gücünə malikdir.
STAR neft emalı zavodunda 2019-cu iin yekunlarına əsasən 3,6 milyon ton dizel, 1,2 milyon ton reaktiv yanacaq, 800 min tona yaxın nafta, 200 min ton mayeləşdirilmiş təbii qaz, 600 min ton reformat və 400 min ton koks istehsal edilib. 2019-cu ildə emal olunan xam neftin həcmi də 7,1 milyon tona çatıb. Zavodumuzun daxili bazarda məhsul satışına başlaması ilə 2019-cu ildə Türkiyədə təxminən 2 milyard dollar həcmində idxalatın qarşısının alındığını da qeyd etmək istərdim.
Petkim-in nafta tələbatını tam şəkildə ödəyən STAR neft emalı zavodu 2020-ci ilə də yaxşı başlamışdı. Amma bütün dünyanı təsiri altına alan COVID-19 pandemiyası ilə əlaqədar bu müddətdə istehsal planlarımızda bəzi dəyişikliklər baş verdi. İnfeksiya ilə əlaqədar aviasiya və logistika sektorları zərər çəkdiyi üçün reaktiv yanacaq tələbi də kəskin azaldı. Qabaqcıl texnologiyaya malik olan zavodumuz əməliyyat çevikliyi sayəsində illik 1,6 milyon reaktiv yanacaq istehsalı gücünü motorinə yönəldərək istehsalı davam etdirdik. STAR neft emalı zavodu olaraq prioritetimiz Petkim-in əsas xam maddəsi olan nafta istehsalını təmin etmək və Türkiyədə daxili bazarın tələblərinə cavab verməkdir. Bu səbəbdən ixracat bizim üçün arxa plana keçib. Yanvar-may aylarında da prioritetimiz yenə daxili bazarın tələbərini təmin etmək istiqamətində olub.
2019-cu ildə uğurlu nəticə göstərən STAR neft emalı zavodu əslində 2020-ci ilə də uğurla başlamışdı. Ancaq martın 11-də Türkiyədə ilk COVID-19 yoluxması qeydə alındıqdan və ardınca baş verən hadisələr STAR neft emalı zavodunun istehsal planlarıın dəyişməsinə səbəb oldu. Pandemiya ilə əlaqədar tətbiq edilın səyahət məhdudiyyətlərinə görə apreldən bəri reaktiv yanacaq tələbində kəskin azalmadan sonra reaktiv yanacaq istehsal gücünü motorinə istehsalına çevirdik. Bu əməliyyatla müəssisəsmiz istehsalı ləngitmədən tam gücü ilə işləməyə davam etdi. Nəticədə 2020-ci ilin ilk beş ayı ərzində STAR neft emalı zavodunda emal edilən xam neftin həcmi 4,3 milyon tona çatdı.
STAR neft emalı zavodu əməliyyat çevikliyini və tədarük gücünü artırmaq üçün başladığımız əlavə investisiyalar davam edir. Əməliyyat çevikliyi və mənfəətliliyi artırmaq üçün 2019-cu ildə əlavə tədarük və boru çəkmə investisiyalarını əhatə edən üç fərqli layihə həyata keçirdik. Bu baxımdan həyata keçirilən iki layihıdın biri olan SOCAR Tədarük terminalı çən genişlətmə layihəsinin açılışını 2019-cu ilin sentyabrında reallaşdırdıq. Digər investisiyamız olan STAR neft emalı zavodu Xam neft və neft məhsulları çənləri layihəsinin də əsasını qoyduq. Yeni investisiyalarla STAR neft emalı zavodunun ümumi məhsul tədarük gücü 2,5 milyon kubmetrə çatacaq.
STAR neft emalı zavodunn ilk dövrlərində emal olunan xam neft əsasən Rusiyadan gətirilib. Daha sonra Yaxın Şərq və Afrika başda olmaqla müxtəlif ölkələrdən xam maddə idxalı başladı. Bu baxımdan STAR neft emalı zavodunun qarşısında çoxlu seçim var. Ən müasir texnologiyaya malik və sutkada 214 min barel xam neft emal etmək gücündə olan STAR neft emalı zavodu 100-dən çox neft çeşidini emal edə bilir. Bu da müəssisəyə böyük çeviklik gətirir. Bundan başqa, inkişaf etdirilən xüsusi modellərlə bazar şərtlərinə uyğun qiymət və keyfiyyətdə xam neft alınaraq emal edilir. Bu baxımdan idxal həyata keçirilən ölkələr və həcmlər modellərə uyğun dəyişir. Təbii ki, hər zaman yeni idxal mənbələri ilə bağlı araşdırmalar da davam edir.
Petkim neft-kimya kompleksi
Türkiyənin ilk və yeganə inteqrə neft-kimyas müəssisəsi olan Petkim 55 illik tarixi ilə Türkiyə iqtisadiyyatı və sənayesi üçün strateji əhəmiyyətə malikdir. 2019-cu ildə neft-kimya sektorunda qeydə alınan azalmaya baxmayaraq 3,4 milyon ton istehsal ilə rekorda imza atan Petkim il ərzində 97,2 faiz göstərici ilə olduqca yüksək istehsal gücündə fəaliyyət göstərib.
2020-ci ilin birinci yarısında isə bütün dünyanı təsiri altına alan COVID-19 pandemiyası ilə əlaqədar bir çox sektorlar üçün çətin müddət olub. Ancaq Petkim 2018-ci ilin son rübündə fəaliyyətə başlayan STAR neft emalı zavodunun təmin etdiyi birlik sayəsində yeni tip koronavirus infeksiyasının ən çox yayıldığı müddətdə belə istehsalını ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıraraq 788 min tondan 802 min tona çatdırdı.
COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində plastik, tibb və qablaşdırma sənayesi üçün xam maddə tədarükündə vacib rol oynayan Petkim Türkiyədə bu çətin dövrdə ehtiyac yaranan xam maddələrin tədarükünü fasiləsiz davam etdirdi. Türk sənayesinin etibarlı tədarükçüsü olduğunu bir daha göstərən Petkim-in 2020-ci ilin ilk üç ayında satış gəlirləri ötən ilin eyni dövründəkinə yaxın nəticə göstərərək 2,8 milyard lirəsi təşkil edib.
Petkim-i həm Azərbayanın, həm də türkiyənin ən rəqəmsal şirkətinə çevirmə məqsıdilə 2018-ci ildə "rəqəmsallşma prosesi"nə başlamışdı. Petkim-dəki rəqəmsallaşma komandası bu günədək 40-dan çox layihə reallaşdırıb və rəqəmsallaşma proqramı çərçivəsində 20-dən çox aktiv layihə ilə əhəmiyyətli dərəcədə maliyyə təmin olundu. Bu layihələrin hamısı maşın tədqiqatı, süni intellekt, görüntü tanıma, avtomatlaşma kimi texnologiyaların istifadəsi ilə reallaşdı.
Bu vəziyyətdə həyata keçirilən rəqəmsal layihələrlə Petkim məhsuldarlığını, istehsal olunan iş həcmini, enerji məhsuldarlığını və məhsul keyfiyyətini yüksəltdi. Layihələr sayəsində maliyyə, insan resursları kimi sahələrin işlərində də məhsuldarlıq və təkmilləşmələrtəmin olundu. Bu təkmilləşmələr maliyyə vəziyyətinə təsir göstərir. Bu günədək həyata keçirilən rəqəmsallaşma layihələri sayəsində növbəti illərdə Petkim-in təxminən 43 milyon dollar əlavə maliyyə qatqısı əldə edəcəyini proqnozlaşdıra bilərik.
Petkim İstanbul birjasında yer alan, ictimaiyətə açıq şirkət olduğu üçün ilk 5 aylıq istehsal barədə məlumat verməyimiz hələlik mümkün deyil. Amma, ilin ilk üç ayı, yəni yanvar-mart ayları ərzində COVID-19 pandemiyasına baxmayaraq Petkim olduqca uğurla nəticələr göstərib. COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində plastik, tibb və qablaşdırma sənayesi üçün xam maddə tədarükündə vacib rol oynayan Petkim Türkiyənin ehtiyacı olan tibb məhsulları və qablaşdırma xam maddələrinin istehsalını artıraraq tələbləri ödəmək üçün 7 gün 24 saat fasiləsiz işləyib. Digər tərəfdən, iyunun 1-də etibarən normallaşma yönündə atıla addımların təsiri ilə Petkim-dən xam maddə tədarük edən digər sektorların tələblərində də artım müşahidə olundu. Bu da ilin sonundakı gözləntiləri müsbət yönə çevirir.
SOCAR Turkey və BP-nin yeni neft-kimya layihəsi
COVID-19-dan əvvəl, 2019-cu ildə İzmirin Əliağa rayonunda ortaq şirkətlə birlikdə yeni neft-kimya müəssisəsinin tikintisi ilə bağlı layihəmizin olduğunu açıqlamışdıq. Bu müəssisənin işə düşməsi ilə Türkiyənin saf tereftal turşusu idxalı tamamilə sıfırlanacaq və eyni zamanda paraksilen məhsullarında idxal olunan 800 min tonluq məhsulun Türkiyədə istehsalı mümkün olacaq. Bu baxımdan ölkəmizdəki plastik sektorunun xam maddədə idxaldan asılılığının azalması bu investisiya çox vacibdir.
Qrup olaraq planlarımız 2020-ci ildə ərazidə işləri həyata keçirərək əldə olunan nəticələrə əsasən yekun qərar vermək idi. Amma pandemiya ilə əlaqədar əməkdaşlarımızın sağlamlığını qorumaq üçün əraziədki iş planlarında dəyşiklik etmək məcburiyyətində qaldıq və təqvimimizi 2021-ci il olaraq yenilədik.
banner

Oxşar Xəbərlər