• cümə, 19 Aprel, 01:43
  • Baku Bakı 18°C

Suşinin hazırlanmasında istifadə edilən məhsullar təzə olmalıdır

11.03.23 21:15 600
Suşinin hazırlanmasında istifadə edilən məhsullar təzə olmalıdır

Cənubi Asiya mətbəxinin məşhur təamlarından olan suşi ölkəmizdə də çox sevilir. Təəssüf ki, onu qəbul edənlərin çoxu nə suşinin tərkibindən, nə də onun orqanizmə təsirindən xəbərdar deyil.

AZƏRTAC xəbər verir ki, qida mütəxəssisi Məhsəti Hüseynova deyib: “Suşi dəniz məhsulları, krevetka, çiy və qızardılmış, bir çox hallarda isə konservləşdirilmiş balıqlardan istifadə olunaraq hazırlanır. Balıq tez xarab olmağa meyilli və zülal tərkibli olduğu üçün mütləq şəkildə düzgün hazırlanmalıdır. Həmçinin qablaşdırma və onun müddəti də çox böyük əhəmiyyət daşıyır. Əks halda suşinin tərkibində olan düyü öz keyfiyyətini itirir, kristallaşır və xoşagəlməz bir dada çevrilir. Suşi hazırlanandan sonra 1-1,5 saat ərzində yeyilməlidir”.

Mütəxəssisin dediyinə görə, suşini alarkən əvvəlcə onun qoxusuna və rənginə diqqət yetirmək lazımdır: “Əgər suşi hiss oluna biləcək qədər balıq iyi verirsə, bu, onun köhnə olduğunun göstəricisidir. Suşini yeyəndən sonra ağızda acılıq, xoşagəlməz dad qalması da onun köhnəliyini sübut edən əlamətdir. Düyü və tərəvəzlərlə birlikdə hazırlanması zamanı həmin məhsulların bir-birinə yapışması qidanın daha əvvəldən hazırlandığını və tərkibində olan məhsulların keyfiyyətini dəyişdiyini göstərir”.

Suşinin yanında spirtli içki, yaxud sousların istifadə edilməsi yolverilməzdir, çünki bu, zəhərlənməyə və digər ciddi fəsadlara səbəb ola bilər. Bununla yanaşı, təkcə balıq məhsulları deyil, suşinin tərkibindəki pendir, avokado kimi qidaların təzə olması da mütləqdir.

banner

Oxşar Xəbərlər