• cümə, 26 Aprel, 12:00
  • Baku Bakı 23°C

Sumqayıtda bəzi küçə və prospektlər bağlanacaq

18.11.19 20:44 1547
Sumqayıtda bəzi küçə və prospektlər bağlanacaq
Noyabrın 19-da Sumqayıtın 70 illik yubileyi münasibətilə şəhərdə bayram tədbiri keçiriləcək.
Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin sözçüsü, polis kapitanı Elçin Qasımov Trend-ə bildirib ki, bayram tədbiri ilə bağlı həmin gün şəhərin Sülh prospekti ilə Koroğlu, Bakı, Nəriman Nərimanov, o cümlədən Heydər Əliyev prospektinin kəişmələrində və Azərbaycan prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən xahiş olunur ki, həmin gün alternativ yollardan istifadə etsinlər.
banner

Oxşar Xəbərlər