AZE | RUS | ENG |

Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub

Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub
İsveçdəki Azərbaycan diaspor təşkilatları Stokholmda, Türkiyənin Milli Suverenlik və Uşaq Gününə həsr olunan böyük tədbirdə ölkəmizin musiqi və rəqslərini nümayiş etdiriblər. AZƏRTAC xəbər verir ki, həmişəki kimi İsveç paytaxtının mərkəzində yerləşən "Kunqstredqorden” parkında baş tutan tədbir İsveç Türk Gənclər Federasiyası tərəfindən təşkil olunub. Türk diasporunun üzvilərinin giriş sözü ilə başlayan tədbirdə iştirak edən İsveç-Azərbaycan Dərnəyinin üzviləri də çıxış ediblər. Dərnək üzviləri ölkəmiz haqqında məlumat verərək, Azərbaycanda uşaqlara və onların hüquqlarının qorunmasına mühüm önəm verildiyini qeyd ediblər. Tədbirin bədii hissəsində yerli ictimaiyyətə İsveç-Azərbaycan Birliyinin uşaq rəqs qrupu tərəfindən təqdim olunan "Naz eləmə” və "Nəlbəki” Azərbaycan milli rəqsləri böyük marağa səbəb olub. Tədbirdə, konsertlə yanaşı müxtəlif türkdilli ölkələrinin nümayəndələrinin iştirakı ilə bayram yarmarkası da təşkil olunub. Yarmarkada, bu ölkələrin diaspor fəalları tədbir iştirakçılarına və qonaqlara öz mədəniyyətini, milli geyimlərini, adət-ənənələrini nümayiş ediblər. Builki yarmarkada ölkəmizin mədəniyyətini və adət ənənələrini Stokholmda yeni fəaliyyətə başlamış "Tumurcuq” Azərbaycan Dram teatrı nümayiş etdirib. Teatrın fəalları və üzviləri qonaqlara Azərbaycanla bağlı müxtəlif maraqlı məlumatlar verib və onları ənənəvi milli şirniyyatlara qonaq ediblər. Milli geyimlərdə olan teatr iştirakçıları Azərbaycanın mədəniyyəti və incəsənəti ilə bağlı qonaqları maraqlandıran sualları cavablandırıblar.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815