AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ÜST səyahətçilər üçün

ÜST səyahətçilər üçün "immunitet pasportları"nın tətbiqini hələlik tövsiyə etmir

İqtisadiyyat
06 Mart 2021, 17:00 731
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı məlumatların yer alacağı "immunitet pasportları"nın tətbiqini hələlik tövsiyə etmir.
 
APA-nın məlumatına görə, bu barədə ÜST-ün Rusiyadakı nümayəndəsi Melita Vuynoviç TASS-a bildirib.
 
"Hazırkı mərhələdə ÜST nəzərə alınacaq bir çox elementin olduğu üçün səyahət edənlərə "peyvənd haqqında şəhadətnamə"lir istifadəsini tövsiyə etmir. Biz hələ də COVID-19-a qarşı tam immunitet reaksiyasını başa düşməyin ilk mərhələsindəyik. İmmun reaksiya, çox güman ki, istənilən vaxt COVID-19-a qarşı anticismlərin fərdi olaraq ölçülməsi ilə təyin edilə biləndən daha çətindir, bu səbəbdən ÜST "immun pasportları"nın istifadəsini tövsiyə etmir", - M. Vuynoviç qeyd edib.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa Komissiyasının mart ayında koronavirusa qarşı vaksinasiyan haqqında vahid sertifikat layihəsini təqdim edəcəyini açıqlamışdı. Almaniya kansleri Angela Merkelin sözlərinə görə, Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları elektron peyvənd sertifikatlarının tətbiq edilməsinin zəruriliyi barədə yekdil fikirdədirlər, icma üzvləri bu yaza qədər onları yaratmağa çalışacaqlar.