“Soyuq müharibə”nin isti təzahürü-ƏDƏBİYYAT

Berlin məsələsinin
səbəblərini, inkişafını və həllini araşdıran Kemp, siyasi dramın dörd əsas
personajının portretlərini təqdim etdi: Xruşşov, Kennedi, Ulbrixt və Adenauer.
1961-ci ildə bu şəxslərin hamısını Berlin - onların qorxu və məqsədlərinin əsas
mərkəzi birləşdirdi.
Dünyada müxtəlif
proseslər gedib, quruluşlar dəyişib, pandemiyalar tüğyan edib, müharibələr baş
verib. Bu müharibələr, aylar, illər boyu davam edib. Amma silah-sursatlı
müharibələrdən fərqli olaraq, başqa müharibə də var. Yəni nasizm üzərində qələbədən
sonra "soyuq müharibə” adlanan bir "döyüş”
başladı. Bu müharibə nəinki hərbi-siyasi, həmçinin də sərt ideoloji bir mübarizə
idi, sosialist düşərgəsi ilə Qərb bloku ölkələri arasında 1945-1990-cı illərdə
qlobal səviyyədə geosiyasi, iqtisadi və ideoloji mübarizə idi. Buna bəzən
"Üçüncü dünya müharibəsi" də deyirlər. Bu müharibə ədəbiyyatda da öz əksini
tapıb. İstər Amerika, istər də SSRİ yazıçıları bu mövzuya əhatəli şəkildə
müraciət ediblər.
Naməlum tarixçə
Dünyaca məşhur
jurnalist Devid Hoffmanın "Ölü əl: "soyuq müharibənin” naməlum tarixçəsi və təhlükəli
irsi” adlı kitabı sənədli trillerdir. Əsər 1970-80-ci illərin "soyuq müharibə”sinə
həsr olunub. Müəllif nadir arxiv sənədlərinə və şahidlərin dediklərinə əsaslanaraq
həmin "müharibə”nin "naməlum əsgərləri”ndən bəhs edir və SSRİ-nin dağılmasına
baxmayaraq, qaliblərin və məğlubların niyə olmadığını izah edir. Bu, bir vaxtlar qüdrətli imperiyanın zənginləşdirilmiş
uranı və ölümcül bakteriya ştammlarını satan və alıcıların – terrorçuların və
avtoritar rejimlərin sonu olmayan bir supermarketə çevrilməsi haqqında hekayədir.
David Hoffman Reyqan dövründə "Washington Post”un Ağ Evdəki xüsusi müxbiri və
1995-2001-ci illərdə qəzetin Moskva bürosunun rəhbəri olub. O, Amerikanın ən
hörmətli xarici siyasət jurnalistlərindən biridir və "Oliqarxlar: Yeni Rusiyada
sərvət və güc” kitabının müəllifidir. Dünyəvi "soyuq müharibə”
Qərb dünyası
baxışlarına görə, Rusiya Almaniyaya qarşı faktiki olaraq tək döyüşəndə,
sivilizasiyanı nasist barbarlıqdan qoruyanda yaxşı idi, lakin yeni dünyanı təşkil
edərkən kifayət qədər cəlbedici deyildi. Amerikalılar Şərqi Avropada "Sovet ekspansionizmi” dedikləri təhlükəni
görürdülər. Lakin aydın idi ki, məhz müharibə ənənəvi Şərqi Avropa siyasi və
iqtisadi strukturlarını birdəfəlik məhv etdi. Moskva ilə güclü qarşıdurma naminə Amerika 1940-cı
illərin sonlarından başlayaraq ekstremal tədbirlərə əl atdı: Almaniyanı yenidən
silahlandırdı, Şimali Atlantika Alyansı yaratdı və dünya iqtisadiyyatına nəzarəti
həyata keçirməyə çalışdı. "Soyuq müharibə”
20-ci əsrin ən böyük faciəsi idi. Sovet-rus politoloqu, tarixçisi, beynəlxalq əlaqələr
və yeni tarix üzrə mütəxəssis, professor Anatoli Utkinin "Dünyəvi "soyuq müharibə” kitabı məhz bundan
bəhs edir. Əsərdə tarixi faktlar, sübutlara bir-bir nəzər yetirilir. Rusiyaya qarşı "soyuq müharibə”
Tarix elmləri
namizədi, DTK general-leytenantı Nikolay
Sergeyeviç Leonovun "Rusiyaya qarşı soyuq müharibə” kitabı da bu mövzuda olan
çox maraqlı əsərlərdən biridir. N.S.Leonovun bu kitabı Qərbin Rusiya
sivilizasiyasına qarşı apardığı və davam etdirdiyi müharibənin bütün aspektlərini
göstərir. Müəllif hesab edir ki, Qərb dövlətlərinin əsas məqsədi - Rusiyanın məhv
edilməsi reallaşmayana qədər "soyuq müharibə” bitməyəcək; onun aparılmasının
vasitələri və üsulları getdikcə təkmilləşir.Dünyanın ən təhlükəli yeri
Xarici Siyasət Araşdırmaları üzrə Atlantika Şurasının prezidenti, siyasətçi-jurnalist Frederik Kemp "Berlin 1961. Kennedi, Xruşşov və dünyanın ən təhlükəli yeri” kitabını Mərkəzi Avropada "soyuq müharibə”nin ən gərgin anlarından birinə həsr edib. Müəllif Berlin böhranı iştirakçılarının ifadələrini dinlədi, Amerika, Almaniya və Sovet arxivlərindən çoxlu sayda material topladı, təhlil etdi və 1961-ci ilin avqustunda Berlin divarının ucaldılmasından əvvəlki hadisələri ən xırda detallarına qədər yenidən qurdu. Berlin məsələsinin səbəblərini, inkişafını və həllini araşdıran Kemp, siyasi dramın dörd əsas personajının canlı portretlərini təqdim etdi: Xruşşov, Kennedi, Ulbrixt və Adenauer. 1961-ci ildə bu şəxslərin hamısını Berlin – onların qorxu və məqsədlərinin əsas mərkəzi birləşdirdi.
Üçüncü dünya müharibəsi
50 il əvvəl
ABŞ SSRİ və onun müttəfiqlərinə qarşı Üçüncü Dünya İnformasiya və Psixoloji
Müharibəsini başlatdı. Vladimir Lisiçkin və Leonid Şelepinin "Üçüncü dünya
(informasiya-psixoloji) müharibəsi” kitabında
informasiya müharibəsinin ilkin şərtləri, gedişatı, nəticələri və üsulları
sistemli şəkildə təqdim olunur. Gizli bir əlaqə ən müxtəlif hadisələr kimi
görünür. SSRİ daxilində "beşinci kolon”un həlledici roluna, konkret
fəaliyyətinə və "yenidənqurma” zamanı yekun informasiya zərbəsinin təşkilinə
xüsusi diqqət yetirilir. ABŞ-ın dünya hökmranlığı uğrunda apardığı müasir
informasiya müharibəsi və hadisələrin inkişaf perspektivləri də nəzərdən
keçirilir. Belə qənaətə gəlinir ki, kütləvi informasiya vasitələrinin köməyi ilə
insanların davranışlarına nəzarət imkanlarının açılması ilə bağlı bəşəriyyət
üçün qlobal təhlükənin miqyasının real qiymətləndirilməsinə ehtiyac var. Beləliklə...
"Soyuq
müharibəni” özündə əks etdirən, canlandıran onlarla belə əsər var. Bu əsərlər kütləvi olmasa da,
oxunur. Və belə deyək ki, məhdud dairələrdə
onların özünün xüsusi oxucuları var. Bu cür ədəbiyyatı sevən, oxuyan,
maraqlanan insanlara xoş mütaliə arzu edirəm.Xanım Aydın
