• bazar, 09 Noyabr, 03:47
  • Baku Bakı 12°C

SOCAR və "Sinopec Engineering" saziş imzalayıb

09.11.25 00:36 103
SOCAR və "Sinopec Engineering" saziş imzalayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çinin "Sinopec Engineering" şirkəti arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb. "Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, şirkətin prezidenti Rövşən Nəcəf "Sinopec Engineering"in prezidenti Zhang Xinming ilə görüş keçirib.
Görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, SOCAR ilə Çin şirkətləri arasında mövcud əməkdaşlıq məmnunluqla qeyd olunub.

Söhbət zamanı neft və qazın emalı sahəsində, neft-kimya, rəqəmsallaşma, enerji keçidi, müasir emal texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

banner

Oxşar Xəbərlər