• şənbə, 21 Dekabr, 19:49
  • Baku Bakı 9°C

SOCAR və Çin şirkəti arasında müzakirə

09.12.23 00:04 2731
SOCAR və Çin şirkəti arasında müzakirə

Tərəflər bu ilin iyun ayında SOCAR ilə “China Energy International Group Co.Ltd” şirkəti arasında imzalanan əməkdaşlığa dair sazişin əhəmiyyətindən bəhs edib, görüləcək işlər və gələcək hədəfləri nəzərdən keçirib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti Qiao Xubin texniki və maliyyə cəhətdən rentabelli layihələrin reallaşdırılması imkanlarını müzakirə ediblər. “Report” bu barədə SOCAR-a istinadən xəbər verir.

Bildirilir ki, görüşdə Azərbaycanın “yaşıl enerji” potensialının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr, quruda və dənizdə külək enerjisi ilə bağlı potensial imkanlar, həmçinin SOCAR-ın korporativ strategiyası, bu xüsusda enerji keçidi, rəqəmsallaşma və innovasiya sahələrində görülən işlər barədə məlumat verilib. Eyni zamanda Çinin aparıcı beynəlxalq şirkətlərindən biri olan “China Energy International Group Co. Ltd" şirkətinin dünyanın müxtəlif ölkələrində yaşıl enerji və aşağı karbonlu enerji sahəsində çoxşaxəli fəaliyyət göstərdiyi qeyd olunub.

Tərəflər bu ilin iyun ayında SOCAR ilə “China Energy International Group Co.Ltd” şirkəti arasında imzalanan əməkdaşlığa dair sazişin əhəmiyyətindən bəhs edib, görüləcək işlər və gələcək hədəfləri nəzərdən keçirib, yaşıl hidrogen daxil olmaqla, bərpa olunan enerji mənbələrinin inkişafı, təcrübə mübadiləsinin təşkili, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

banner

Oxşar Xəbərlər