• bazar, 28 Aprel, 00:49
  • Baku Bakı 17°C

SOCAR İstiqrazları üzrə doqquzuncu kupon ödənişi edilib

03.02.24 00:09 3571
SOCAR İstiqrazları üzrə doqquzuncu kupon ödənişi edilib

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycandakı lisenziyalı bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1 000 ABŞ dolları) aşağı düşməyib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İstiqrazları üzrə bir milyon 125 min ABŞ dolları məbləğində doqquzuncu kupon ödənişi edilib.

“SOCAR Capital” şirkətindən “Report"a verilən məlumata əsasən, SOCAR İstiqrazlarının nominal qiyməti 1 000 ABŞ dolları, tədavül müddəti beş il, illik gəlirliliyi 4,5 % təşkil edir. İstiqrazlar üzrə faiz gəlirləri rüblük qrafiklər əsasında ödənilir.

Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən indiyədək ən çox ticarət olunan korporativ qiymətli kağıza çevrilən SOCAR İstiqrazları üzrə onun sahiblərinə ümumi qazancı 10 milyon 125 min ABŞ dollarına çatıb. beş ilin yekununda toplam gəlir 22,5 milyon ABŞ dolları təşkil edəcək.

SOCAR İstiqrazlarına olan yüksək tələbat

27 aylıq müddət ərzində təkrar bazar əməliyyatları həcminin 40 milyon ABŞ dollarını üstələməsi və bağlanmış əqd sayının 700-ə yüksəlməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricisidir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycandakı lisenziyalı bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1 000 ABŞ dolları) aşağı düşməyib. SOCAR istiqrazlarının növbəti kupon ödənişi mayın 1-də baş tutacaq.

 

banner

Oxşar Xəbərlər