• cümə, 26 Aprel, 07:40
  • Baku Bakı 12°C

Sənaye şəhəri kimi Sumqayıtın coğrafi mövqeyinin perspektivləri böyükdür

08.09.21 10:00 226
Sənaye şəhəri kimi Sumqayıtın coğrafi mövqeyinin perspektivləri böyükdür
Sumqayıtın kifayət qədər böyük sənaye potensialı var. Son illər Prezidentin İlham Əliyevin göstərişləri əsasında Sumqayıtda istehsal müəssisələrinin istismara verilməsi və istehsal potensialının reallaşdırılması ilə bağlı geniş layihələr icra olunur.
Kaspi.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Elşad Məmmədov deyib.
O bildirib ki, ölkədə qeyri-neft sektorunun inkişafı dövlətimizin başçısının xüsusi diqqətindədir və iqtisadi idarəetmə siyasətinin prioriteti kimi mövqeləşir. Bütün bunlar onu deməyə əsas verir ki, bir sıra bölgələr üzrə sənayeləşmə prosesində yaxın illər ərzində müsbət trendlərin müşahidə olunacağı gözləniləndir. "Eyni zamanda düşünürəm ki, məhz bu bölgələr arasında Sumqayıt xüsusi yer tutur. Çünki sənayeləşmə ilə bağlı müsbət ənənələr var və digər tərəfdən şəhərin coğrafi mövqeyiləşməsi onu deməyə əsas verir ki, istehsal məhsullarının Bakı üzərindən ixracatı ilə bağlı kifayət qədər böyük perspektivləri var”.
Ekspert qeyd edib ki, Bakının əsas işgüzar mərkəz olması və Sumqayıta yaxın yerləşməsi daxili bazarın təmin edilməsi baxımından Sumqayıtdakı istehsal mərkəzlərinin potensialının böyüklüyünü göstərir.
"Bununla yanaşı düşünürəm ki, əsas məsələlərdən biri investisiya siyasətinin düzgün aparılmasıdır. İnvestisiyalar siyasəti çərçivəsində hazırda dünya iqtisadiyyatında qabaqlayıcı artım verən istiqamətlərə investisiyalar yatırılmalıdır. Çünki bu istiqamətlər Azərbaycan iqtisadiyyatının inkişafında illik 7-8 faizlik artım nümayiş etdirmək üçün çox ciddi dəstək ola bilər”, - deyə Elşad Məmmədov vurğulayıb. (Azərtac)
banner

Oxşar Xəbərlər