Səfər Mehdiyev: “Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 113% əməl edib”
Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsi dövlət büdcəsi qarşısında öhdəliyinə 113,44% əməl edib.
"Report”xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, büdcəyə proqnozdan əlavə287,14milyon manat vəsait köçürülüb.