• bazar, 17 Noyabr, 20:23
  • Baku Bakı 8°C

Səbinə Əliyeva: "Ermənistan ombudsmanı bir dəfə də olsun azərbaycanlı əsirlərə baş çəkməyib"

02.06.21 14:45 358
Səbinə Əliyeva: "Ermənistan ombudsmanı bir dəfə də olsun azərbaycanlı əsirlərə baş çəkməyib"
"Məhkəmə açıq şəkildə keçirildi. Təqsirləndirilən şəxslər həm vəkillə, həm də tərcüməçi ilə təmin olunublar. Yəni onların hüquqları təmin olunub".
APA-nın məlumatına görə, bunu azərbaycanlı əsirlərə işgəncə verənerməni yaraqlılarının məhkəməsində jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
O bildirib ki, Ermənistan ombudsmanı bir dəfə də olsun Ermənistanda saxlanılan əsirlərimizə baş çəkməyib, onların vəziyyəti , göstərilən tibbi yardım və qidalanma ilə maraqlanmayıb: "Altı ilə yaxın bizim iki soydaşımız orada girovluqda saxlanıldı. Bu müddətdə bir dəfə də olsun onların vəziyyəti ilə maraqlanmadı. Əksinə, Ermənistanın ombudsmanı institutun fəlsəfəsinə tamamilə ziddir olaraq yalnız siyasi çıxışlarla məşğul oldu".
Qeyd edək ki, Azərbaycanlı əsirlərə işgəncə verən erməni yaraqlıların məhkəməsində iştirak edən Ombsudman Səbinə Əliyeva məhkəmə müşavirəyə gedərkən, təqsirləndirilən şəxslərlə görüşüb, onların saxlanma şəraiti və səhhətləri ilə maraqlanıb.
Ombudsman Aparatı da bununla bağlı məlumat yayıb.Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində azərbaycanlılara qarşı sülh və insanlıq əleyhinə cinayət törətməkdə, humanitar hüquqla müdafiə olunan digər şəxsləri girov saxlamaqda, onlara işgəncə verməkdə təqsirli bilinən iki üzvünün cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında iştirak edib.
Bakı şəhəri Yasamal Rayon Məhkəməsində ictimaiyyətə açıq və şəffaf şəkildə keçirilən hazırlıq iclasında Ombudsmanla yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri və media nümayəndələri də iştirak ediblər.
Silahlı qrupun üzvlərinin saxlanıldığı müəssisəyə onların saxlanma şəraitinin, hüquqlarının təmini vəziyyətinin öyrənilməsi məqsədilə Ombudsman tərəfindən bir neçə dəfə başçəkmə həyata keçirilib və bununla bağlı xüsusi hesabatlar hazırlanaraq aidiyyəti beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib.
banner

Oxşar Xəbərlər