Şaxta babaya məktub - İNCƏ BAXIŞ
Yeni ilə
az qalmış insanlar tələsir, həvəslə düşünür, mağazalara baş çəkirlər. Həyəcan
bayrama hazırlıqla bağlıdır. Böyüklər üçün Yeni il ailə
ilə vaxt keçirmək, qarşıdakı ili xoş əhval-ruhiyyə ilə qarşılamaq üçün gözəl
bir səbəbdir. Uşaqlar isə bayrama möcüzə kimi baxırlar. Onlar Şaxta babaya məktub
yazmağa tələsirlər. Uşaqlıqda hər kəsin valideynlərinin həvəslə apardığı mədəniyyət
saraylarındakı "yolka” tədbirləri, məktəb məclisləri artıq yaddaşlardan silinir.
Ancaq çoxdan gözlənilən hədiyyələrin həvəsi, qonşu mənzildən sehrli torba ilə
çıxan Şaxta babaya Yeni il məktubları hamı üçün maraqlıdır.
Qış sehrbazının poçtu
Şaxta
babaya məktub yazmaq artıq xoş bir ənənəyə çevrilib. Yeni il ərəfəsində, hətta bu
bayramlardan sonra da dünyanın hər yerində qış sehrbazının poçt şöbələrinə
milyonlarla məktublar daxil olur. Bu məktublar müxtəlif dillərdə yazılır.Rusiya
və Ukraynada DedMoroza, Türkiyədə Noel Babaya, ABŞ və Kanadada SantaKlausa,
Böyük Britaniyada FazeKristmasa, Almaniyada Vaynaxtsmanna, İtaliyada
BabboNataleyə, İranda Baba Noelə, Özbəkistanda AyozBoboya, Fransada PerNoelə…ünvanlanır.Dünyanın
əksər ölkələrində Şaxta babaya məktub yazıb səbirsizliklə hədiyyə gözləmək 4 dekabrda
bayram kimi qeyd olunur.
Dinozavrdan xoşbəxtliyədək
Yeni ildə
hamı möcüzələrə inanır. Böyüklər də sanki uşaqlaşır. Hətta buna əvvəllər uşaq
fantaziyası kimi yanaşan insanlar dabir gün yad gözlərdən yayınaraq əlləri titrəyə-titrəyə
Şaxta babaya məktub yazırlar. Sadəcə, arzular fərqlidir. Son illərin
uşaqlarının istəkləri dəyişib: Şaxta babadan daha çoxsmartfon, planşet istəyirlər.
Hətta aralarında dinozavr istəyən də olur.Uşaqlar hədiyyə almaq üçün çox vaxt
özlərini daha yaxşı aparacaqlarına söz verirlər, yəni bir növ sosial müqavilə imzalayırlar.
Bu, onlarınsosiallaşmasındada rol oynayır.
Pandemiyadan xilas arzusu
Uşaqlardan
fərqli olaraq böyüklərin xoşbəxtlik və sağlamlıq diləyi dəyişməz olaraq qalır. Düzdür,
aralarındamənzil, avtomobil arzusunda olanlar da var.Təqaüdçülər maddi yardım
istəyir, bəzən məmurlardan şikayətlənirlər. Amma hazırda demək olar ki, hamı-
uşaqlar da, böyüklər də dünyanın pandemiyadan xilas olması üçün Şaxta babaya
yalvarır. İnsanlarda arzularının eşidiləcəyinə, istəklərinin gerçəkləşəcəyinə
ümid heç vaxt itmir.
Şaxta
babaya məktub yazmağın bizdə nə qədər populyar olduğunu bilmirəm. Amma ara-sıra
bu tip mesajlar haqda oxuyuram. Mən də bu yazımı məktub kimi yazıram. Şaxta
babadan yalnız sağlamlıq istəyirəm. Elə bilirəm, bu arzuma qoşulanlar çox olar.
Axı bu həm də xoşbəxtlik deməkdir…
Təranə Məhərrəmova