Kinorejissor Rüstəm İbrahimbəyovun çəkdiyi "Qafqaz
üçlüyü” filmi Azərbaycan ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb.
Bir çox ziyalılar filmlə bağlı öz mövqelərini bildirirlər. Məsələyə sənət
adamları da biganə qalmayıb. Onlar "Kaspi” qəzetinə açıqlama verərək Rüstəm
İbrahimbəyovun 2009-cu ildən etibarən öz filmlərində, çıxışlarında Azərbaycan
xalqına qarşı bir nifrətduyğusu əks etdirməyə başladığını və onun çəkdiyi
"Qafqaz üçlüyü”filminin heç birbədii keyfiyyəti olmadığını qeyd
etdilər.
Zəif dramaturgiya, zəifaktyor oyunu, zəif
operator işinin yer aldığı filmdə R.İbrahimbəyovun ruslara yaltaqlandığını və
onun bu missiyasının filmdə açıq-aydın hiss olunduğunu bildirdilər. Filmi
izləyən sənət əhli onun başdan-ayağa Azərbaycan xalqının əleyhinəyönəldiyi,
beynəlxalq arenada azərbaycanlılara nifrət oyandırmaq məqsədi güddüyü qənaətindədirlər.
Xalq artisti Fəxrəddin
Manafov deyir ki, R.İbrahimbəyovun belə bir addım atmasını
heç ağlının ucundan belə keçirməzdi: "Onunla çox yaxşı münasibətimiz var idi. 10
il onunla birlikdə İbrus Teatrında çalışdım. Biz bu teatrda çox uğur əldə
etdik, beynəlxalq festivallarda çıxışlarımız oldu. Düşünməzdim ki, zaman
gələcək və mən bu cür hadisə ilə üz-üzə qalacam. Bu gün o qədər problemimiz var
ki. Uzun müddətdir ki, müharibə şəraitində yaşayırıq. Bu qədər problemlərin
arasında görün nəyi müzakirə edirik. Ümumiyyətlə istedadlı, dahi, azacıq da
olsa savadlı insanlara qarşı böyük rəğbətim var. Ancaq R.İbrahimbəyov nə qədər
istedadlı ssenarist olsa da, o bu hərəkəti ilə özünü gözdən saldı. Ola bilər
ki, nədənsə narazılığı olsun, ancaq bu ona əsas vermir ki, öz xalqını
aşağılasın. Rüstəmin bu hərəkəti ilə heç vaxt razılaşa bilmərəm. Bu filmi
izləyəndən sonra gözümə yuxu getmir. İşin sonunda xalqına qarşı anlaşılmaz bir
mövqedə durursansa, bütün yazdığın, gördüyün işlərin qiyməti heç olur. Qiymət
itir... Böyük bir təlaş içindəyəm. Nə deyəcəyimi də bilmirəm. Daha doğrusu, heç
cür anlaya bilmirəm. Axı necə olur? O bunu doğrudanmı edib? 30 ildir ki, onun
əsərlərini oxuyuram. 11 ildən çoxdur ki, teatrında tamaşalarda oynayırdım”.
Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan
Kinematoqrafçılar İttifaqınıtərk etdiyini deyən xalq artisti bildirir ki,
qurumun rəsmi nümayəndəsinə zəng edərək təkidli şəkildə qərarını de-fakto elan edib:
"Bundan sonra o qurumda qalmaq fikrində deyiləm. Mən inanmıram ki, bu cür ağır
məsələdən sonra o qurumda azərbaycanlılardan kimsə qalsın. O qurumda artıq heç
kəs qalan deyil. O filmə baxdığım gündən elə bir qurumu artıq tanımıram. Qurumun
başında millətimə qarşı belə bir təbliğat yaradan biri varsa, o qurum nəyə
lazımdır? Satqınlıq heç vaxt bəraət qazanmayıb. Biz bunu tarixdə də görmüşük”.
Xalq artisti Ramiz
Novruz R.İbrahimbəyovun niyyətinin elə əvvəldən bəlli
olduğunu deyir: "Rüstəmin "Bir cənub şəhəri” filmində bir fraqment var. Orada
"rayon” deməkdən qorxub "maron” deyirdi. Onun yaradıcılığında zaman-zaman belə
xırda nüansları görürdük. Ona görə mən heç vaxt Rüstəmdən yaxşı bir şey
gözləməmişəm. O, bu filmi ağasına xoş getməsi üçün çəkdi. Rüstəm nə qədər ermənilərə, ruslara
xidmət etsə də, onların gözündə ikinci növ millət olaraq qalacaq. Öz xalqına
güvənməyən və sərhəddi keçdikdən sonra öz millətinin əleyhinə iş görən insan
bizdən deyil. Mən bilirdim ki, o öz xalqını sevmir. Ancaq ruslar da çox yaxşı
başa düşür ki, öz xalqını sevməyən insan başqa xalqı da sevməyəcək. Onun
filmlərində ruslara və ermənilərə qarşı hərisliyi sezilir. Bir aktyor kimi heç
vaxt arzulamamışam ki, onun əsərlərində oynayım”.
R.Novruz R.İbrahimbəyovu tələbəlik illərindən tanıdığını
və onun diplom işinin də qalmaqallı olduğunu deyir: "Rüstəmin diplom işinin
müdafiəsi böyük səs-sədaya səbəb oldu və o qovulmaq dərəcəsinə qədər gəlib
çıxdı. Diplom işində Habil Əliyev Şıxov çimərliyində kamança çalırdı. Qoyun isə
ona baxıb ağlayırdı. Çörəyi dizi üstə olan insandan bundan artıq heç nə
gözləmirəm”.
Xalq artisti Nurəddin
Mehdixanlı "Kaspi”-yə açıqlamasında "Qafqaz üçlüyü” filminin birdən-birə ortalığa çıxmasını heç də təsadüfi
hesab etmədiyini dedi. O, 2015-ci ildə çəkilən filmin Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi ərəfəsində ortaya atılmasını təxribat kimi görür: "2015-ci
ildə çəkilən film böyük şəkildə reklam olunmadı. İndi birdən-birə bu filmi
ortalığa atmaq düşünülmüş şəkildə baş verən bir hadisə oldu. Azərbaycan Cümhuriyyətinin
100 illiyi, eyni zamanda Ulu öndərimiz Heydər Əliyevin 95 illiyi - xalqımız
üçün mühüm, əhəmiyyətli bir ildir. İyunun 26-da Ordumuzun yaranmasının 100
illiyi qeyd olunacaq. Dünən Azərbaycanda prezidentliyə namizəd olan bir insanın
bu gün çıxıb, rəhbərlik etmək istədiyi xalqa qarşı təxribat işlətməsi
xəyanətdir. Bunun başqa bir adı yoxdur. Azərbaycanın uğurları və həyata
keçirdiyi layihələr Rüstəm İbrahimbəyovun arxasında gizləndiyi insanların
xoşuna gəlmir. Ölkəmizdə bayram keçirilir. Nəinki ölkəmizdə, Azərbaycan
vətəndaşlarının addımı dəyən dünyanın hər tərəfində yaşayan həmvətənlərimiz bu
bayramı təntənə ilə qeyd edirlər. Düşmənlərimiz isə bizim bayramımıza zəhər
qatmaq istəyirlər. Ən pisi odur ki, bunu edən Azərbaycan xalqının bütün imkanlarından
bəhrələnən xalq yazıçısı, "Şöhrət” ordenli, bir çox medallara sahiblənmiş,
Azərbaycanda çoxmilyonluq mal-mülki, varidatı olan bir adamdır. Dünənə qədər
özünü azərbaycanlı kimi təqdim edən və bu gün Azərbaycanın düşməni olduğu üzə
çıxan Rüstəm İbrahimbəyov”.
N.Mehdixanlı filmdən çıxan nəticənin ermənilərin
çəkdiyi bütün əzabların səbəbkarının guya azərbaycanlılar olduğunu deyir: "150
ildən artıqdır ki, ermənilər Qafqazda bizə qarşı xəyanət etməklə məşğuldurlar.
Soyqırımılar törədib, torpaqlarımızı işğal ediblər. Ermənilər bizim 20 faiz
torpaqlarımızı işğal etməklə bərabər, Naxçıvana da göz dikiblər. İşğal olunan
biz, zülmə məruz qalan biz... Bir milyon qaçqını olan bir xalqı Rüstəm
İbrahimbəyov necə təhqir edir axı? Əslində bu, Azərbaycan xalqına qarşı olan
bir cinayət və xəyanətdir. Bu cinayət və xəyanət cəzasız qalmamalıdır. Rüstəm
İbrahimbəyov bu xəyanəti tək bu gün etməyib. O bütün yaradıcılığı boyu
azərbaycanlıları bir tərəfdən kəm və şikəst göstərməyə çalışıb. Bütün bunlar bu
filmdə əks olunub. "Qafqaz üçlüyü” filminin adı da bir yanlışdır. Bu, şeytani
üçlükdür. Orada Azərbaycan mədəniyyəti, əxlaqı əks olunmayıb, o necə üçlük
olur? Filmdə azərbaycanlı aktyor belə
yoxdur. Heç kim unutmasın ki, Azərbaycan xalqı öz dostunu və düşmənini tanıyır.
İçimizdəki o xain və satqınları təmizləmək üçün bu bizim xeyrimizə olan bir
hadisədir. Maskalar yırtılmalıdır. Bütün bu təxribatlar Azərbaycan xalqının
bayram əhval-ruhiyyəsinə təsir etmir və edə də bilməz. Rüstəm İbrahimbəyov kimi
satqının cavabını ölkənin ziyalıları, qələm adamları verməlidir. Xalqımız bu
məsələlərdə aktiv olmalıdır. Bu gün bizim müstəqil dövlətimiz, ordumuz,
iqtisadi potensialımız və siyasi nüfuzumuz var. Bu sayaq oyunlara qarşı kifayət
qədər gücümüz var ki, onlara lazımınca cavab verə bilək”.
Xalq artisti Ramiz
Məlik bizimlə söhbətində Lətif Səfərovun yaratdığı Kino İttifaqı
və Həsən Seyidbəyli kimi görkəmli kino xadimimizin oranı gözəl bir təşkilata
çevirməsindən sonra Rüstəm İbrahimbəyov kimi nanəcib bir adamın bu ittifaqı
məhv etməsindən məyus olduğunu vurğuladı: "O ittifaqa üzv olduğum vəsiqəni ötən
gün səhər televiziyada verilişdə cırdım və bildirdim ki, mən bu ittifaqın üzvü
ola bilmərəm. "Qafqaz üçlüyü” filminin ilk kadrlarından göründü ki, Rüstəm
İbrahimbəyov öz qarşısına bir məqsəd qoyub. Bu məqsədə çatmaq üçün bir çox üsullardan
istifadə edir. Azərbaycan xalqının mənəviyyatına, xalqına, insanlarına qarşı çıxaraq,
bizi qorxaq kimi təqdim etməyi qarşısına məqsəd qoyub. Bu necə üçlükdür ki,
filmdə bir dənə də olsun azərbaycanlı aktyor çəkilməyib. Bu film 2015-ci ildə
çəkilib. Film Moskvada nümayiş olunanda, bizim orada yaşayan ziyalılarımız, oliqarxlarımız,
Qusman qardaşları, bizim səfirliyimiz hara baxırdı? Onlar məgər bunu
görməmişdilər? Niyə üç ildən sonra bu məsələni qaldırırlar? Ona görə ki,
Azərbaycan ordusu Qafqazda ən böyük ordudur. Rüstəm İbrahimbəyov kimi vətənin
çörəyini yeyib, havasını udan insan bunu edirsə, biz onda erməni dığasından nə
gözləyək? Bu filmi erməni soyqırımının 100 illiyi ərəfəsində çəkib. Deməli,
Rüstəm İbrahimbəyov bu filmi ermənilərə hədiyyə edib. Bunun çox dərin qatları
var. Kadrların çoxu Gürcüstanda çəkilib. Bircə Bakıda Heydər Əliyev Aeroportunun
görünüşünü salıblar. Bu da gürcülərin bizə olan münasibəti... Danılmaz faktdır
ki, erməni diasporu, lobbisi yaxşı işləyir. Rüstəm bu filmlə öz ölkəsini təhqir
etməklə ikinci dəfə "Oskar” mükafatı almaq istəyir. Bizim Rüstəm İbrahimbəyov
adlı bir vətəndaşımız yoxdur. Əvvəldən də onun filmlərində erməni xətti
sezilirdi. Onun çəkdiyi "Ad günü” filmində qəhrəmanın dilindən deyir ki, stolun
üstündə ancaq erməni konyakı olmalıdır. Təəssüf ki, mən o filmdə çəkilmişəm”.
Xalq artisti qəzetimiz vasitəsilə rejissora müraciət
də etdi: "Ay Rüstəm, Xocalı soyqırımını görməmisənmi? Yoxsa xəbərin yoxdur? 20
faiz torpağın işğal altındadır. Bir eynəyin var, birini də tax üstündən, bax
gör ki, sənin nə qədər qaçqının var, sənin torpağın, adət-ənənələrin viran
edilib, mədəniyyət abidələrin dağıdılıb, vandalizmə uğrayıb. Bunlar haqqında nə
bir süjet çəkmisən, nə də yazı yazmısan. Şamaxıda sənin üzüm bağın var və
oradan şərab çəkirsən. O torpaq sənin gözünə girsin, haram olsun bu ölkənin
sənə verdiyi çörək”.
Əməkdar artist
Mehriban Zəki bizimlə söhbətində çox məyus olduğunu, sözügedən
məsələnin ona toxunduğunu bildirdi: "Bilirsinizmi, ziyalılıq - zahiri obrazı
üzərinə palitra kimi geyinib oynamaq deyil. Ziyalılıq daxilən zəngin olan
insanlara deyilir. Rüstəm İbrahimovla 11 il birlikdə işləmişəm. Bu, az müddət
deyil. Ondan ziyalılıq anlayışı ilə bağlı çox sözlər eşitmişəm. Ancaq ondan əks-ziyalı
bir mövqe gördüm. Bir neçə il bundan öncə o, prezidentliyə namizədliyini irəli
sürəndə də onu heç cür dəstəkləməmişdim. Bunu hamı bilir. Dövlətimə qarşı zərrə
qədər belə olsa təhqir görsəm və onun elementlərini hiss etsəm, öz etirazımı
bildirərəm. İndi də mən bu filmi qəbul etmirəm. Başqa cür ola da bilməz”.
Əməkdar artist
Ötkəm İskəndərov bildirdi ki, Kinematoqrafçılar İttifaqının
üzvlüyündən imtina edib: "Vaxtilə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü
olmuşam. 1975-ci ildən kino sahəsində çalışıram. Bu günə kimi 50-ə yaxın filmdə
rol almışam. Öz canımla, qanımla vətənimə, müstəqil Azərbaycanıma bağlıyam və
vətənimə qulluq etmək hər bir vətəndaş kimi mənim də borcumdur. Ölkə prezidenti
cənab İlham Əliyevin siyasətini dəstəkləyərək Vətənimə xor baxanlara qarşı
amansızam. Vaxtilə üzvü olduğum Azərbaycan Kinematoqrafçılar İttifaqından
çıxmaq üçün 2009-cu ildə ərizə yazmışam. Elə o vaxtdan da həmin ittifaqla heç
bir əlaqəm yoxdur və üzvlük vərəqimi də həmin dövrdə cırıb atmışam. Bəyan
edirəm ki, mən belə bir qurum tanımıram və həmin qurumun da üzvü deyiləm”.