• cümə, 29 Mart, 01:07
  • Baku Bakı 7°C

Sabah paytaxtda güclü külək əsəcək - XƏBƏRDARLIQ

23.04.21 14:00 344
Sabah paytaxtda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Aprelin 24-də gözlənilən hava şəraiti açıqlanıb.
ETSN-nin Milli Hidrometeorologiya XidmətindənAPA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-20, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Aprelin 24-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Aprelin 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Xəbərdarlıq
Aprelin 24-ü gündüz Bakıda və Abşeron yarımadasında cənub küləyinin əsəcəyi, arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.
banner

Oxşar Xəbərlər