• şənbə, 02 Mart, 14:30
  • Baku Bakı 9°C

Rus Dram Teatrı balacaları unutmur

27.03.23 15:53 683
Rus Dram Teatrı balacaları unutmur

Aprelin 1-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində balaca tamaşaçılar üçün “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri” adlı tamaşa növbəti dəfə nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın bədii rəhbəri, Xalq artisti Aleksandr Şarovski, rejissor və xoreoqrafı isə Raulya Turkkandır.

Əsərin səhnə tərtibatı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

banner

Oxşar Xəbərlər