• cümə, 29 Mart, 10:53
  • Baku Bakı 5°C

Regionun inkişafı Azərbaycan üçün strateji prioritetdir

15.04.21 21:00 878
Regionun inkişafı Azərbaycan üçün strateji prioritetdir
Prezident İlham Əliyevin ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı, regionun gələcəyinə, inkişaf perspektivlərinə, qonşularla münasibətlərə və digər aktual məsələlərə dair səsləndirdiyi fikirlər ekspertlərin, politoloqların, sosial şəbəkələrin, xüsusilə xarici medianın diqqət mərkəzində oldu. Düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika, rəşadətli Ordumuzun qüdrəti nəticəsində darmadağın edildi. Düşmən hərbi resurslarını, canlı qüvvələrini, mövqelərini qoyub qaçdı. Ermənistan silahlı qüvvələrinin qoyub qaçdığı qiymətli atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimət kimi götürülməsi buna əyani sübutdur.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.
Komitə sədri qeyd edib ki, ötən il dekabrın 10-da keçirilən Zəfər paradının ən yaddaqalan məqamlarından və rəmzi kompozisiyalardan biri rəşadətli ordumuzun işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox hərbi avtomobilin nömrə nişanından hazırlanan lövhə idi. Hazırda həmin lövhə yeni açılışı olan Hərbi Qənimətlər Parkında da öz əksini tapıb. Bu Park çox böyük əhəmiyyət daşıyır. Yetişən gənc nəsil, məktəblilər, tələbələr, ölkəmizə gələn turistlər bu parkı ziyarət etdikcə Ermənistanın məğlub, Azərbaycanın isə qalib ölkə olduğunun bir daha şahidi olacaqlar.
"Bir faktı da qeyd edək ki, biz haqq işi, beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyümüz uğrunda mübarizə aparmışıq. Dövlətimizin başçısının düzgün müəyyənləşdirdiyi siyasi strategiya sayəsində buna nail olduq. Ümumiyyətlə, Azərbaycan müharibə dövründə məsuliyyətli ölkə kimi davranıb. Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə, mötədil davranıb və mülki vətəndaşlara zərər yetirmədi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur. Ancaq müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu. Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi”, - deyə deputat qeyd edib.
Əhliman Əmiraslanov deyib ki, ermənilər günahsız mülki insanları yandırırdılar, öldürürdülər. Bir çox kəndlər erməni barbarlığının qurbanı olub. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Tərtər balaca şəhərdir, oraya 16 min bomba atılıb, onlar hətta qəbiristanlıqda keçirilən mərasimə də raket atıblar. Onlar Bərdəni bombalayıblar. Onlar Naftalanı bombalayaraq beş nəfərlik ailəni qətlə yetiriblər. Müharibənin bütün bu acı həqiqətlərinə baxmayaraq, Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda qeyd etdiyi kimi, ölkəmiz həmişə konstruktiv mövqedə olub. Çünki regionun inkişafı strateji prioritetdir. İnkişaf üçün Azərbaycanın daxilində, eləcə də sərhədlərdən kənarda sabitliyə ehtiyac var. Bizim əsas narahatlığımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi böyük uğurdur. Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Bu, sabitliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır.
banner

Oxşar Xəbərlər