çərşənbə axşamı, 30 may, 18:24

Baku Bakı 33°C

Qüdrət Həsənquliyev: "Millət vəkilinə atəş açılması ağır hadisədir"

icon 246 icon 28 mart 2023 | 23:39 Qüdrət Həsənquliyev: "Millət vəkilinə atəş açılması ağır hadisədir"

"Millət vəkilinə atəş açılması ağır hadisədir".

Bunu "Report"a Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.

"Hüquq-mühafizə orqanları tez bir zamanda cinayətkarın tapılması istiqamətində tədbirlər həyata keçirəcək. Bu cinayətin üstü açılacaq və layiqli cəzasını alacaq. Görünür, Azərbaycanın ictimai-siyasi həyatında qorxu mühiti yaratmaq istəyən qüvvələr var. Bu yolla nə millət vəkilini, nə dövlət adamını, nə də jurnalisti qorxutmaq olmaz. Bu, iyrənc bir terror aktıdır", - millət vəkili qeyd edib.