• şənbə, 27 Aprel, 08:03
  • Baku Bakı 12°C

Qıdıqla yaranan gülüş neqativlik bəxş edir

06.03.23 17:15 542
Qıdıqla yaranan gülüş neqativlik bəxş edir

Gülüş həmişə bizə və ətrafdakılara pozitivlik bəxş edir. Lakin mütəxəssislər bunun hər gülüşə aid olmadığı qənaətindədirlər. Məsələn, qıdıq nəticəsində yaranan gülüş əslində neqativ gülüş sayılır.

AZƏRTAC xəbər verir ki, həkim-nevropatoloq Qalib Əsədov bununla bağlı deyib: “Bir çox orqanlar sümüklər tərəfindən qorunsa da, əhəmiyyətli olub qorunmayan orqanlar da var. Məsələn, qoltuqaltı arteriya iri bir damar olsa da, qorunmur. Yaxud boyunda və boğazda yerləşərək beyinə qan aparan yuxarı arteriyalar qorunmasa da, onun zədə almaq ehtimalı çoxdur. Həmin yerlərə yad toxunuş olanda diskomfort yaranır və onu dəf etməyə çalışırıq”.

Onun dediyinə görə, həmin qorunma refleksi gülməklə müşayiət olunur və uşaqlıqdan formalaşır: “Qıdıq orqanizmin müdafiə mexanizmidir. Körpə vaxtı uşağı bu şəkildə güldürəndə gələcəkdə böyüyəndən sonra da qıdığı tutacaq. Əgər belə hərəkətlər olmayıbsa, onda həmin kanal yaranmır və onun qoltuq altına toxunanda diskomfort yaranır və ona olan müdaxiləni qəbul etmir. Lakin bununla yanaşı ümumiyyətlə qıdığı tutmayanlar da var”.

Mütəxəssislər deyirlər ki, özümüzü qıdıqlaya bilməməyimiz beyinin bizi tanımağından, təhlükənin kənardan gəlmədiyini duymasından irəli gəlir. Qıdıq insanı güldürsə də, mənfi emosiya yaradır. “Qıdıqlanan zaman neqativ enerji yaranır və qıdıqlanan adam üçün xoş deyil. Lakin onun başqa yolu yoxdur, yəni bu gülmək o gülməkdən deyil. Kimsə deyə bilər ki, gülmək pozitiv emosiyadır, arıqladır, əhvali-ruhiyyəni yaxşılaşdırır. Qıdıq nəticəsində olan gülmək məcburi gülüşdür və əksinə, həyəcan, təşviş, gərginlik və neqativ emosiya yaradır”, - deyə həkim-nevropatoloq bildirib.

Əvvəllər qıdıq işgəncə vasitəsi kimi istifadə edilib və hətta bu zaman həyatını itirənlər də olub. Bundan başqa yaşa dolduqca reflekslər, qıcıqlanma mexanizmləri zəiflədiyindən qıdığa qarşı reaksiya da zəifləyir.

banner

Oxşar Xəbərlər