• cümə, 26 Aprel, 20:26
  • Baku Bakı 22°C

Qazaxıstan İƏT ölkələri ilə qarşılıqlı ticarətin artırılmasını hədəfləyir

25.12.21 12:30 297
Qazaxıstan İƏT ölkələri ilə qarşılıqlı ticarətin artırılmasını hədəfləyir
Qazaxıstan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzrə tərəfdaş ölkələrlə ticarət axınının şaxələndirilməsi və qarşılıqlı ticarət həcmlərinin artırılması ilə bağlı birgə səylərin görülməsini hədəfləyir.
BunuTrend-ə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Qazaxıstanın İƏT ölkələri ilə ticarət dövriyyəsi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz artaraq 8,2 milyard dollar olub. Hesabat dövründə Qazaxıstanın İƏT ölkələrinə ixracı 14,8 faiz artaraq 2,3 milyard dollara bərabər olub.
2020-ci ildə isə Qazaxıstanın İƏT ölkələri ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 7,2 faiz azalaraq 8,8 milyard dollar təşkil edib. Həmin il Qazaxıstanın İƏT ölkələrinə ixracı 2,9 faiz azalaraq 6,5 milyard dollar, idxalı isə 17,5 faiz azalaraq 2,3 milyard dollara bərabər olmuşdu.
Nazirlikdən bildiriblər ki, Qazaxıstandan İƏT ölkələrinə əsas ixrac məhsulları aşağıdakılardır: xam neft (20 faiz pay), buğda (14,3 faiz), mis və mis katodları (7,3 faiz), buğda unu (4,5 faiz), təbii qaz (4,1 faiz), emal olunmamış alüminium (4 faiz), lehimlənməmiş poladdan yarımfabrikatlar (2,6 faiz), xüsusi təyinatlı üzən qurğular (2,5 faiz), neft məhsulları (2,5 faiz).
Bundan başqa, qeyd olunub ki, qarşılıqlı ticarətin strukturunda xammal üstünlük təşkil edir.
"Bununla bağlı, Qazaxıstan ticarət axınının şaxələndirilməsi və qarşılıqlı ticarət həcmlərinin artırılması ilə bağlı birgə səylərin görülməsini təklif edir", - deyə nazirlikdən bildiriblər.
banner

Oxşar Xəbərlər