• çərşənbə axşamı, 19 mart, 13:23
  • Baku Bakı 8°C

Qazaxıstan hərbi gəmisi Bakı limanını tərk edib

17.08.19 17:30 4981
Qazaxıstan hərbi gəmisi Bakı limanını tərk edib
"Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin "Manqistau” raket-artilleriya gəmisi avqustun 17-də Bakı limanını tərk edib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Azərbaycanda keçirilən "Dəniz kuboku-2019" yarışı zamanı hərbi dənizçilər "Artilleriya atışlarının yerinə yetirilməsi", "Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı" və "Dəniz hazırlığı" üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyənləşdiriblər. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı qüvvələrinin nümayəndələri "Dəniz kuboku-2019" müsabiqəsində müşahidəçi qismində iştirak ediblər.

banner

Oxşar Xəbərlər