• cümə, 19 Aprel, 12:52
  • Baku Bakı 25°C

Qarabağ"ın 5 futbolçusunda koronavirus aşkarlandı

05.12.20 13:29 402
Qarabağ"ın 5 futbolçusunda koronavirus aşkarlandı
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində İsrailin "Makkabi" (Tel-Əviv) komandası ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın XII turunun "Qəbələ" ilə matçının hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib.
"Report"klubun rəsmi saytına istinadən xəbər verir ki, daha 5 oyunçunun nəticəsi müsbət çıxıb.
Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinada koronavirus aşkarlanıb.
Daha öncə isə testin nəticəsi pozitiv olan daha iki futbolçumuz: Mahir Emreli və Abbas Hüseynov da müalicələrini davam etdirir.
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.
banner

Oxşar Xəbərlər