• çərşənbə axşamı, 09 iyul, 00:39
  • Baku Bakı 27°C

Qarabağ “təmiz enerji” mərkəzinə çevriləcək

22.06.24 00:15 1551
Qarabağ “təmiz enerji” mərkəzinə çevriləcək

Azərbaycan hökuməti Qarabağ regionunu dinamik inkişaf edən “təmiz enerji” mərkəzinə çevirmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.

“Cəbrayıl, Qubadlı və Zəngilanda zəngin günəş enerjisi resurslarından istifadə edərək, biz yaşayış binalarına və küçə infrastruktur sistemlərinə günəş panellərini inteqrasiya edirik. Bundan əlavə, elektrikli nəqliyyat vasitələri üçün günəş enerjisi doldurma stansiyaları, “ağıllı parkinq” və digər ekoloji cəhətdən təmiz həllər kimi təşəbbüslər davamlı təcrübələrin həyata keçirilməsinə sadiqliyimizi vurğulayır”, - o bildirib.

 

banner

Oxşar Xəbərlər