• cümə axşamı, 28 mart, 16:55
  • Baku Bakı 16°C

Professor Musa Qasımlı: Ermənistan təhsili böhran içindədir

29.07.21 19:45 315
Professor Musa Qasımlı: Ermənistan təhsili böhran içindədir
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbə Ermənistana bütün sahələrdə olduğu kimi, təhsil sistemində də öldürücü zərbə vurub. Bu il Ermənistanda ali məktəblərə keçirilən tələbə qəbulunun nəticələrinə görə 15 min yer boş qalıb. Müqayisə üçün belə bir fakt maraqlıdır ki, ötən il ali məktəblərdə 12 min 250 yer boş qalmışdı. Bir ildə bu fərq 2 min 750 nəfər təşkil edir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı bildirib. O deyib: "Belə vəziyyətin yaranmasının bir neçə səbəbi var. Birincisi, Azərbaycanın qazandığı tarixi qələbədən sonra heç bir gələcəyi olmayan Ermənistandan əhali, xüsusən gənclər kütləvi şəkildə köçüb gedirlər. Ölkə boşalır. İkincisi, Ermənistanda mövcud olan keyfiyyətsiz təhsil sistemi uçurumun içindədir. Təhsil eksperti Atom Mxitaryan "Sputnik Armeniya”ya verdiyi müsahibəsində bu vəziyyəti "biz dövlətçiliyimizi itiririk” kimi qiymətləndirib. Hələ bu, harasıdır. Bir neçə ildən sonra heç ordu sıralarını doldurmaq üçün adam da tapa bilməyəcəklər...”.
banner

Oxşar Xəbərlər