• şənbə, 27 Aprel, 05:31
  • Baku Bakı 14°C

Prezidentin siyasətində uzaqgörənlik və məqsədyönlülük hər zaman ön plandadır

23.07.21 11:40 281
Prezidentin siyasətində uzaqgörənlik və məqsədyönlülük hər zaman ön plandadır
Cənab Prezidentin Azərbaycan Dövlət Televiziyasına verdiyi son müsahibədə toxunduğu bütün məqamlar, göstərdiyi bütün hədəflər bir daha sübut edir ki, yürüdülən siyasətdə sistemlilik, uzaqgörənlik və məqsədyönlülük hər zaman olduğu kimi yenə ön plandadır və qələbələrimiz, uğurlarımız bundan sonra da davamlı olacaq.
Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, Azərbaycanın nüfuzu günbəgün artmaqdadır: "Dövlət başçısının son Rusiya səfərində əldə olunan uğurlar da, Rusiya Prezidenti ilə aparılan faydalı danışıqlar da, daha öncə Avropa İttifaqı rəhbərinin Bakıya gəlişində verilən mesajlar da əyani şəkildə onun göstəricisidir ki, ölkəmizin mövqeyi hər kəs üçün qəbul edilən, eyni zamanda mütərəqqi hesab ediləndir.
Biz 44 günlük Vətən Müharibəsində də qələbəni məhz həmin mütərəqqi mövqeyimizə, düz, haqlı, güclü olmağımıza görə qazanmışıq. Məlum həqiqəti Ermənistan da anlamalıdır, eyni zamanda Ermənistan dərk etməlidir ki, hazırda diktə edən, güclü olan, haqlı olan, qalib olan tərəf Azərbaycandır. Ermənistan anlamalıdır ki, Azərbaycana qarşı heç bir təxribat effekt verə bilməz, bu təxribatlarla heç yerə varıla bilməz.
İlk öncə Zəngəzur dəhlizi açılmalıdır. Daha dəqiqi, bu dəhliz bütün hallarda açılacaq! Mütləq açılacaq. Ermənistan dərk etməlidir ki, sülh həm də onun özünə lazımdır. Zamanında onların ağlı olsaydı işğal olunmuş torpaqlardan öz iradələri ilə əl çəkərdilər, beynəlxalq layihələrdən, kommunikasiyalardan kənarda qalmazdılar. Amma ağılları olmadı və kənar qaldılar. Bundan sonra da yanlış yolda olsalar daha rəzil günə qalacaqlar”.
Deputat vurğulayıb ki, Azərbaycan hər gün daha da inkişaf edir: "Hazırda bir tək işğaldan azad olunan torpaqlarımızda deyil, Azərbaycanın bütün regionlarında quruculuq işləri aparılır, əhalinin sosial müdafiəsi gücləndirilir, xüsusən də həssas qruplar böyük qayğı ilə əhatə olunur. Cənab Prezidentin Daşkəsən, Goranboy və Naftalana səfəri zamanı müşahidə olunan müsbət və qürurverici məqamlar, bu şəhərlərdə görülən böyük işlər də dediyimin sübutudur.
Pandemiya dövründə də istisadiyyatımızda, inkişafda ləngimə, axsama olmadı, sosial layihələrin heç biri təxirə salınmadı, iqtisadi, siyasi uğurlarımız davam etdi, bütün göstəricilər müsbət dinamika üzərindən artdı. Bundan sonra da belə olacaq. Azərbaycan daxili siyasətdə də, xarici siyasətdə də yalnız xoş müjdələrlə, xəbərlərlə əhatə olunacaq.
Bu gün dövlət başçımız İlham Əliyevin yürütdüyü müdrik siyasət, sərgilədiyi qətiyyət Azərbaycanı nicata və gözəl gələcəyə aparan əsas səbəbdir. Həmin uzaqgörən siyasətin sayəsində bundan sonra da regionun lideri olmağa davam edəcəyik, növbəti qələbələrə doğru irəliləyəcəyik, daha güclü olacayıq”.

banner

Oxşar Xəbərlər