• çərşənbə axşamı, 19 mart, 09:06
  • Baku Bakı 8°C

Prezident və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi - ŞƏRH

24.11.20 14:07 395
Prezident və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi - ŞƏRH
"Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən "Ruhlar şəhəri” adlandırdığımız Ağdama mübarək səfərini göz yaşları ilə seyr etdim. Dövlət başçısının dünya müsəlmanlarının müqəddəs məkanı olan Kəbəyə ziyarəti zamanı oradan gətirdiyi "Qurani-Kərim”i Ağdamın baş ziyarətgahına hədiyyə etməsi mənəvi və dini dəyərlərimizə hörmətin əlamətidir”.
Bu sözləriPublika.az-a danışanQarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylideyib.
O bildirib ki, erməni vandallarının dağıtdığı, illərlə təhqir etdiyi, tarimar edilən doğma Ağdamın müqəddəs məkanına edilən bu səfər böyük əhəmiyyətə malikdir: "Uşaqlığımda Qarabağ camaatının sevimlisinə çevrilmiş rəhmətlik atam Seyid Bəhram Ağa ilə bərabər namaz qıldığım, dua etdiyim, Xocalı şəhidlərinə və yüzlərlə digər şəhidlərimizə qucaq açan mübarək cümə məscidinə Ali Baş Komandanımızın xanımı ilə bərabər torpağı belə qazılmış yerə dini duyğularla girməsi böyük məna kəsb edir. Dövlət başçısı və Birinci vitse-prezident ayaqqabılarını soyunaraq ermənilərin dağıtdığı, qazıdığı və yaraladığı Ağdam şəhər Cümə məscidinin yaralarına əlləri ilə sığal çəkərək ruhu, nəfəsi ilə yenidən o məscidə nəfəs verdilər. Bu, qiyamətə qədər yaddan çıxmayacaq hisslərdir. Ermənilərin tarimar etdiyi, tarixi-mədəni irsimizi məhv etdiyi yerlərə cənab Prezidentin səfəri həm də yenidən oraların inşasına, dirçəldiləcəyinə ilk başlanğıcdır. Ağdamdan olan onlarla insan sevincək halda mənə zəng edərək "seyidim, görürsənmi, cənab Prezident məscidin divarlarını necə öpdü, dağılmış, boş tikilisi qalan o müqəddəs yeri Prezident isti nəfəsi ilə qanayan bir yaraya sanki sığal çəkdi, bax mən gəlmişəm, burdayam”, deyirdilər”.
S.C.Əzimbəyli qeyd edib ki, bu səfər dövlət başçısının ölkədə dini-mənəvi dəyərlərin həqiqi təəssübkeşinin özü olduğunu bir daha təsdiq etdi: "Səfər bu baxımdan çox qürurvericidir. Bütün qarabağlılar, qarabağsevərlər adından ölkə başçısına təşəkkür edirəm. Prezident o daş parçalarına sığal çəkərək, viran qoyulmuş məscidə həsrətin vüsala calandığı və bitdiyi məqamı yaşamış təkcə Ali Baş Komandan kimi deyil, həm də bir azərbaycanlı, qarabağlı kimi, mənəviyyat və əxlaq adamı kimi ayaqqabısını xanımı ilə birlikdə çıxararaq ən ali yerdən gətirdiyi "Quran”la daxil oldu. Kəbədən gətirilən "Quran”ı hər kəs evində saxlayır, amma cənab Prezident oranı öz evi bilərək, Allahın evini uca tutaraq ora apardı. O, dağılmış, viran qalmış, ermənilərin eləmədiyi pislik qalmayan məscidlərimizi öz mübarək nəfəsi ilə öpərək bütün insanlığa, dünyaya bir müzəffər, qalib sərkərdə kimi deyil, həm də mənəviyyat və əxlaq adamı, İslamın təəssübkeşi olduğunu nümayiş etdirdi. Laçında, Kəlbəcərdə və digər işğaldan azad olunan rayonlarımızda da bunun şahidi olacağıq”.

banner

Oxşar Xəbərlər