• çərşənbə, 24 Aprel, 22:24
  • Baku Bakı 23°C

Polşadakı inşaat materialları sərgisində Azərbaycan da təmsil olunacaq

14.12.19 20:00 1306
Polşadakı inşaat materialları sərgisində Azərbaycan da təmsil olunacaq
Gələn il fevralın 4-7-də Polşanın Poznan şəhərində "BUDMA-2020” beynəlxalq inşaat sərgisi keçiriləcək.
AZƏRTACxəbər verir ki, sərgidə Azərbaycan da daxil olmaqla 30-dan çox ölkədən 800-dək şirkətin iştirakı gözlənilir.
BUDMA 1978-ci ildən bəri Mərkəzi və Şərqi Avropanın ən iri inşaat sərgisi sayılır. Burada hər il tikinti sahəsinin ən yeni texnologiyaları və nailiyyətləri təqdim olunur. Sərgi tematik salonlara bölünəcək, hər birində uyğun qapı və pəncərə, dam örtükləri, taxta məhsulları, habelə tikinti vasitələrini daşımaq üçün nəzərdə tutulmuş logistika avadanlıqları nümayiş olunacaq.
Mütəxəssislər və qonaqlar üçün 100-dən çox təqdimat və seminarın da təşkil olunacağı bildirilir.
banner

Oxşar Xəbərlər