Alış-verişə daha az vaxt, qənaətə daha çox imkan: Wolt Market-də 60%-dək endirimlər davam edir
Gündəlik alış-verişə sərf olunan vaxtı azaltmaq və ailə büdcəsinə qənaət etmək istəyənlər üçün Wolt Market xüsusi fürsət təqdim edir. Noyabrın 15-dək davam edən “Böyük Endirim Günləri” kampaniyası çərçivəsində Azərbaycanda istifadəçilər geniş çeşiddə məhsulları 60%-dək endirimlə əldə edə bilərlər.
Həftəlik ərzaq alış-verişi, ev üçün gündəlik tələbat malları və ya qəfil qonaqlıq hazırlığı – bütün bunlar artıq mağazalara getmədən də mümkün ola bilər. Wolt Market istifadəçilərə gündəlik ehtiyac duyduqları məhsulları bir tətbiq üzərindən seçmək və sifarişlərini birbaşa evlərinə çatdırmaq imkanı yaradır.
Kampaniya çərçivəsində təzə meyvə və tərəvəzlərdən süd məhsullarına, ət və balıqdan çörək və un məmulatlarına, şirniyyat, içki və dondurulmuş məhsullardan təmizlik vasitələrinə, mətbəx və ev əşyalarına qədər geniş çeşiddə məhsullar təqdim olunur.
“Böyük Endirim Günləri” gündəlik alış-verişi daha əlverişli etmək üçün yaradılmış fürsətdir: istifadəçilər həm ehtiyac duyduqları məhsulları sərfəli qiymətlərlə əldə edə, həm də mağazalara gedib-gəlməyə sərf edəcəkləri vaxta qənaət edə bilərlər.
Kampaniyada iştirak edən məhsulları görmək üçün Wolt tətbiqində Wolt Market bölməsinə daxil olaraq Deals kateqoriyasını seçmək kifayətdir. Endirimlər məhsuldan asılı olaraq dəyişir və 60%-dək çatır.
“Böyük Endirim Günləri” kampaniyası noyabrın 15-dək davam edəcək. İstifadəçilər bu fürsətdən yararlanaraq gündəlik alış-verişlərini daha rahat, sürətli və sərfəli şəkildə həyata keçirə bilərlər.