Polis Ronaldonun oğlu ilə bağlı araşdırmaya başladı
Madeyra
polisi "Yuventus”un futbolçusu Kriştiano Ronaldonun 10 yaşlı oğlu ilə bağlı araşdırmaya
başladığı barədə məlumat yayıb.
Kaspi.az
xəbər verir ki, sosial şəbəkədə 10 yaşlı uşağın reaktiv xizək sürməsi ilə bağlı
video yayılıb. Videonun azyaşlının bibisi Elma tərəfindən çəkildiyi bildirilir.
Portuqaliya
mətbuatı iddia edir ki, video Madeyranın cənubunda çəkilib. Kiçik Ronaldo orda
qohumları ilə istirahət edir. Videonun yayılmasından sonra Madeyranın su
polisinin rəisi Herreyro Kardos açıqlama verib.
O,
insidentlə bağlı araşdırma aparıldığını bildirib. Polis rəisi vurğulayıb ki,
reaktiv xizəyi ancaq böyüklər idarə edə bilərlər. Üstəlik, bunu idarə etmək
üçün lisenziya da alamaq vacibdir.
Onun
sözlərinə görə, bu məsələdə günahkar olanlar cərimə ediləcəklər. Portuqaliya
qanunlarına görə, reaktiv xizəyi lisenziyasız idarə edənlər 268 avrodan 2,6 min
avroya qədər cərimə olunurlar.
Onu da
qeyd edək ki, Elma sonradan videonu "instaqram”dan silib.