Petrovyetnam şirkətinin baş direktoru Neft Akademiyasında

Aprelin 23-də “Petrovyetnam” Dövlət Neft və Qaz şirkətinin baş direktoru Nquyen Kuok Xanın başçılıq etdiyi 18 nəfərlik nümayəndə heyəti Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) qonaq olub. ADNA-nın mətbuat xidmətinin məlumatına görə, qonaqları qarşılayan ADNA-nın rektor əvəzi, professor Vaqif Qurbanov rəhbərlik etdiyi təhsil ocağının tarixi, strukturu və nailiyyətləri barədə məlumat verib. O bildirib ki, ADNA-nın 442 vyetnamlı məzunu, 30-dan artıq texnika elmləri namizədi və doktoru var, hazırda isə 29 vyetnamlı tələbənin təhsil alır. Bu nailiyyətlərinə görə Vyetnam hökuməti Neft Akademiyasını 3 dəfə “Dostluq”, 2010-cu ildə isə “Əmək” ordeni ilə təltif edib. O, vyetnamlı tələbələrin həddən artıq çalışqan və vətənpərvər olduqlarını, dərsləri ilə yanaşı idmana da maraq göstərdiklərini söyləyib.
“Petrovyetnam” şirkətinin baş direktoru özünün və nümayəndə heyətinin əksəriyyətinin bu qocaman ali məktəbin 80-ci illərinin məzunları olduqlarını bildirərək, vaxtilə ADNA-nı bitirmiş vyetnamlı məzunların əksəriyyətinin hazırda rəhbər işlərdə çalışdıqlarını xüsusi vurğulayıb. Nquyen Kuok Xan rəhbərlik etdiyi şirkətin nəzdində Petrovyetnam Universitetinin yaradıldığını bildirib. Qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı universitet müəllimlərinin ADNA-da stajkeçmə, ADNA-nın professor-müəllim heyətinin isə qısa müddətli mühazirələr oxumaq məqsədilə Vyetnama ezam olunma imkanları müzakirə edilib. Vyetnamlı tələbələrin şirkətin xətti ilə Neft Akademiyasında təhsil almağa göndərilməsini əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan ilk addım kimi dəyərləndirdilər. Görüşün sonunda hər iki tərəf bir-birinə xatirə hədiyyələri təqdim etdilər.