• cümə axşamı, 25 aprel, 04:21
  • Baku Bakı 19°C

Petkim 2022-ci ildə 400 milyon dollar xalis mənfəət əldə edib

06.03.23 13:23 1511
Petkim 2022-ci ildə 400 milyon dollar xalis mənfəət əldə edib

“SOCAR Türkiyə”nin qrup şirkətlərindən olan “Petkim” 2022-ci il üçün maliyyə nəticələrini açıqlayıb.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, Petkim 2022-ci ilin sonunda 6,5 milyard TL (400 milyon dollar) xalis mənfəət əldə edib. Şirkət 2022-ci ildə satışlarını 2021-ci ilə nisbətən 70 faiz artıraraq 49 milyard TL-yə (200 milyon 593 min dollar) çatdırıb. Pul vəsaitlərini isə 13 milyard TL-yə (687 min 958 dollar) yüksəldib.

Ötən il Petkimdə əməliyyat səmərəliliyi və strateji idarəetmə yanaşması sayəsində planlaşdırılan texniki xidmət dayandırılması hədəfdən daha qısa müddətdə və gözləniləndən daha az xərclə başa çatdırılıb. İlin ilk rübündən etibarən bütün dünyada məhsul qiymətləri və mənfəət marjalarının düşməsinə baxmayaraq, Petkim xalis mənfəətini yüksəldib.

Petkim 2023-cü ilin yanvar ayında ödəməli olduğu 500 milyon dollarlıq avrobondu daxili resursları ilə ödəyib və xaricdən 300 milyon dollarlıq uzunmüddətli yeni vəsait əldə edib. Beləliklə, 2023-cü ildə avrobond ödənişi uğurla başa çatdırılarkən, uzunmüddətli borc 200 milyon dollar azalıb.

banner

Oxşar Xəbərlər