Parlament partiyaları əsas hədəflərini açıqlayıb

Siyasi təşkilatlar müxtəlif qanunvericilik təşəbbüslərinin olacağını
anons edirlər
Azərbaycanda 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkilərinin nəticələrinə görə qalib gələn namizədlərin ilkin siyahısı müəyyənləşib. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, qalib gələn namizədlərin partiya mənsubiyyəti üzrə sayı da bəlli olub. Belə ki, VI çağırış Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 74 namizədi qalib gəlib. O cümlədən Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – 3 nəfər, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) – 1 nəfər, Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) – 1 nəfər, Ana Vətən Partiyası (AVP) – 1 nəfər, Böyük Qurtuluş Partiyası (BQP) – 1 nəfər, Vəhdət Partiyası (VP) – 1 nəfər, Vətəndaş Birliyi Partiyası (VBP) - 1 nəfər, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) – 1 nəfər bu dəfəki parlamentdə təmsilçilik hüququ qazanıb.
Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 41 nəfər bitərəf namizəd qalib gəlib.
Qeyd edək ki, bu seçkilərdə V çağırış Milli Məclisdə təmsil olunan Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) və Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) heç bir namizədi qalib gəlməyib.
Bütün dövrlərdə parlamentdə düşən siyasi partiyalar müxtəlif təşəbbüslərlə çıxış ediblər. Bəs görəsən, YAP-dan başqa parlamentdə təmsil olunan digər 9 siyasi partiyanın parlamentin növbəti çağırıçının fəaliyyət müddətində hansı hədəfləri olacaq?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirdi ki, sovet dövründə 5 illik planlar hazırlanırdı, amma onun rəhbərlik etdiyi partiya belə bir planla işləmir: "Partiyanın adı vətəndaş həmrəyliyidir və Azərbaycanda milli birlik, vətəndaş həmrəyliyi, ölkəmizdə demokratiyanın inkişafı, ədalətin, haqqın bərqərar olunması, normal qanunların qəbulu və onların işləməsi üçün əlindən gələni edir. Ölkənin iqtisadiyyat, mədəniyyət, mənəviyyat, hərbi quruculuq və başqa bütün sahələr üzrə inkişafını istəyən bir partiyayıq. Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci ildə yaradılıb və həmin dövrdən indiyədək partiyamız hansı yolu tutmuşuqsa, o yolu da davam etdirəcəyik”.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirdi ki, rəhbərlik etdiyi partiyanın ən əsas hədəfi müasir və demokratik Azərbaycan quruculuğudur: "Bizim istəyimiz ölkədə islahatları dərinləşdirmək, yeni, müasir dəyərlərə uyğun bir sıra istiqamətlərdə ciddi dəyişiklikləri həyata keçirmək və Azərbaycan dövlətini güclü etmək, ölkə əhalisinin rifahının yaxşılaşdırmaq və ən əsası respublikamızın ərazi bütövlüyünə sülh yolu ilə nail olmaqdır”.
DİP sədri qeyd etdi ki, gələcəkdə parlamentdə daha böyük qrupla təmsil olunmaq əsas arzuları sırasındadır: "Biz istəyirik ki, Azərbaycanın siyasi mühitində qadınların rolu artsın və xanımlar siyasi və ictimai həyatda daha mühüm rol oynasınlar. Təbii olaraq, biz gələcək seçkilərə daha böyük uğurlarla ümidlə çalışırıq”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, gələcək hədəfləri daha yaxşı nəticələr qazanmaqdan ibarət olacaq: "Yəni, prinsip etibarı ilə bizim partiyada parlamentdə təmsil olunmağa layiq olanların sayı kifayət qədərdir, az deyil. Təəssüflər olsun ki, budəfəki parlamentdə cəmi bir mandat qazanmışıq. İndiki hədəfimiz isə təşkilatı daha da gücləndirməkdən, ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməkdən ibarət olacaq. Siyasi partiyanın funksiyası nədən ibarətdirsə, təbii ki, ona çalışacağıq. Eyni zamanda, cəmiyyətə təqdim etdiyimiz ideyalar var. Düşünürük ki, bu gün Azərbaycanda çoxpartiyalı sistemin inkişafına mane olan başlıca səbəb ölkədə majoritar seçki sisteminin olmasıdır. Majoritar seçki sistemi ədalətli sistem olmamaqla yanaşı, eyni zamanda seçki prosesinə bütövlükdə təsadüfi adamların qatılmasına geniş imkan yaradıb. Bu təsadüfi adamlar da bütövlükdə nə siyasi həyatı haqqında məlumatlıdırlar, nə bütövlükdə cəmiyyətlə ünsiyyət qurmaq bacarığındadırlar. Parlament seçkilərinin cəmiyyətə fayda verə biləcək bir səviyyədə keçməsi üçün isə bu prosesdə peşəkar siyasətçilər daha aktiv şəkildə iştirak etməlidirlər və üstünlük onların tərəfindən olmalıdır. Siyasi partiyalar ona görədir ki, onlar cəmiyyət, dövlət idarəçiliyi və parlament üçün mütəxəssislər yetişdirsinlər. Yaxud da, bu insanlar ölkənin milli maraqlarını təmsil etmək potensialında, gücündə olsunlar. Nəticə etibarı ilə də, bu, bütövlükdə ölkənin mənafeyinə və inkişafına xidmət etsin. Bu baxımdan gələcəkdə təbliğatımızı həm də bu istiqamətdə quracağıq ki, Azərbaycanda proporsional seçki sistemi bərpa olunsun və çoxpartiyalı sistemin inkişafı istiqamətində addımlar atılsın”.
BAXCP sədrinin müavini vurğuladı ki, təmsil etdiyi partiyanın qanunvericiliklə bağlı təşəbbüsləri hər zaman olub: "Bildiyiniz kimi, partiyanın sədri Qüdrət Həsənquliyev bundan öncə də parlamentdə təmsil olunanda fəal millət vəkillərindən biri olub. O, parlamentdə olduğu dövrdə hər il "İlin ən fəal millət vəkil”lərindən biri seçilib. Bu da onun qanunlara münasibətdə sərgilədiyi mövqeyə görə olub. Eyni zamanda bizim qanunvericilik təşəbbüslərimiz də olub və bundan sonra da şübhəsiz ki, olacaq. Biz həm də parlamentdən cəmiyyətə öz mövqeyimizi təqdim etməyə çalışacağıq”.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirdi ki, sədri olduğu partiya seçki proseslərini tamamlayandan sonra əvvəlcə may ayında qurultayını keçirəcək: "Artıq bu qurultayda partiyanın yeni hədəfləri müəyyənləşəcək. Ona görə də indi Təşkilat Komitəmiz fəaliyyət göstərir və qurultaydan sonra daha çox məsələyə aydınlıq gətiriləcək”.
BQP sədri qeyd etdi ki, partiyanın qanunvericilik təşəbbüsləri də olacaq: "Ancaq qanunvericilikdə məhdudiyyətlər olduğuna görə, adətən bizim verdiyimiz layihələrin müzakirə ehtimalı böyük olmur. Amma ayrı-ayrı qanunlarda dəyişikliklər, yeni qanunların qəbul olunması ilə bağlı çağırışlar olacaq. Bununla bağlı da hazırlıq işlərimiz başlayıb. Onu da qeyd edim ki, partiyanın ciddi təşkilatlanması olacaq. Yaxın zamanlarda keçiriləcək qurultayla məsələyə öz mövqeyimizi bildirəcəyik”.
BƏXTİYAR