• çərşənbə, 14 May, 09:54
  • Baku Bakı 17°C

 “Özbək qızı” filminin premyerası keçirilib

10.05.23 12:18 1510
 “Özbək qızı” filminin premyerası keçirilib

Filmin baş qəhrəmanı snayper qadın Ziba Qəniyevanın Azərbaycanda doğulduğu iddia edilir
  
Daşkənddə “Özbək qızı” (“Uzbek kızı”) hərbi dramının çoxdan gözlənilən premyerası baş tutub. Mayın 9-da ekranlara çıxan film Belarus kinorejissorları ilə birgə çəkilib. Ekran əsəri İkinci Dünya müharibəsi illərində özbək snayper qızının həyatından bəhs edir.

Özbəkistan Kinematoqrafiya Agentliyi ilə “Belarusfilm” Milli Kinostudiyasının “Özbək qızı” adlı birgə layihəsinə 2021-ci ilin noyabrında start verilib. 

“Özbək qızı” filminin süjeti real hadisələr üzərində qurulub. Rejissor Əkbər Bekturdiyevin çəkdiyi film Vətəni mərdliklə müdafiə edən snayper qızdan bəhs edir. Filmin baş qəhrəmanının prototipi yüzlərlə düşməni məhv edən əfsanəvi Zebo (Ziba) Qəniyeva olub.

Bəzi mənbələr həmçinin Ziba Qəniyevanın Azərbaycanda doğulduğunu iddia edir. Belə ki, Ziba Qəniyeva 20 avqust 1923-cü ildə Azərbaycanın Şamaxı şəhərində, “Xalqın şücaəti” layihəsinə görə Qazaxıstanın Çimkənd şəhərində doğulub. Azərbaycan Sovet Ensiklopediyasında isə Z.Qəniyevanın Özbəkistanın Gülüstan şəhərində dünyaya gəlməsi qeyd edilib. Zibanın atası azərbaycanlı, anası özbək olub. 1937-ci ildə qızın anası repressiyaya məruz qalır, atası Paşa Qəniyev isə onun həyatını xilas etmək üçün qızı tərk etməyə məcbur olub. Elə həmin il Ziba Qəniyeva da Daşkəndə gedib və burada Özbəkistan Filarmoniyasının xoreoqrafiya şöbəsinə daxil olub.

Filmdə rolları Aysənəm Yusupova, Feruza Səidova, Yigitali Məmədjanov, Oleq Taktarov, Sergey Lapanitsın, Milana İvanova və b. ifa ediblər.
Özbəkistanın Kinematoqrafiya Agentliyindən verilən məlumata görə, hərbi dramı Özbəkistanın hər yerindən tamaşaçılar izləyə bilib. Filmi eyni zamanda 14 telekanal nümayiş etdirib.

banner

Oxşar Xəbərlər