AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Orqan transplantasiyası dövlət tibb müəssisələrinin vəzifələri sırasına daxil edilib

Orqan transplantasiyası dövlət tibb müəssisələrinin vəzifələri sırasına daxil edilib

Cəmiyyət
03 May 2021, 14:30 550
Dövlət adından yaradılan tibb müəssisələrinin vəzifələri artırılıb. 
 
APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı "Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin "Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edilməsi barədə qərar imzalayıb. 
 
Qərara əsasən, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanununa uyğun olaraq donor orqanların transplantasiyasını, habelə bu məqsədlə donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək dövlət adından yaradılan tibb müəssisələrinin əlavə olaraq yerinə yetirdiyi vəzifələr sırasına daxil edilib.
 
Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, qərar insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.