AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin statusu müəyyənləşib

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin statusu müəyyənləşib

Cəmiyyət
03 May 2021, 13:20 235
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəz Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum olacaq. 
 
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda müvafiq dəyişiklik edib. 
 
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” 8 dekabr 2020-ci il tarixli fərmana əsasən, Nazirlər Kabineti Səhiyyə Nazirliyinin tabeliyində "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq, əlaqələndirici qurumun səlahiyyətlərini həyata keçirən publik hüquqi şəxs statuslu "Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”ni 6 ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli idi.