AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ünvanlı dövlət sosial yardımlarına yönəldilən vəsaitlər artırılır

Ünvanlı dövlət sosial yardımlarına yönəldilən vəsaitlər artırılır

İqtisadiyyat
11 İyul 2020, 14:37 315
Ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi nəticəsində büdcədən bu istiqamətdə yönəldilən vəsaitlər də artırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məllumata görə, 2019-cu ilin müvafiq dövrünə nisbətən, bu ilin ilk yarımilində ünvanlı dövlət sosial yardımlarının ödənişi üçün 62% və ya 40,4 mln. manat çox olmaqla, 105 mln. manata yaxın vəsait xərclənib.

Son aylarda bu yardımı alan ailələrin sayı 14 mindən çox artıb və bu say hazırda 85 minə (350 mindən çox ailə üzvü) yaxındır. Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği də artmaqda davam edərək 225 manatı ötüb.

Ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti xüsusi karantin rejimi dövründə bitən ailələrə bu yardımın verilməsi davam etdirilir.