Nümayəndələr Palatası “hə”, Senat “yox” deyirsə...
Politoloqların fikrincə,
Vaşinqtonun Türkiyəyə qarşı ən kəskin addımı atacağı əvvəldən də gözlənilmirdi
N.Məmmədova qeyd etdi ki, saxta soyqırımı layihəsinə veto qoymağa görə, Türkiyədən tələb olunan məbləğ, gördüyümüz kimi, 100 milyardlıq saziş idi: "Bu, Türkiyəni şantaj vasitəsindən başqa bir şey deyildi. Göründüyü kimi, saxta soyqırımı iddiası böyük dövlətlərin gündəliyində Türkiyəyə təzyiq və şantaj vasitəsindən başqa bir şey olmayıb və prezident Ərdoğanın ABŞ-a səfəri bunu bir daha təsdiq etmiş oldu”.
Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, ABŞ Konqresində xüsusilə başqa dövlətlərlə bağlı qərarın qəbul olunması proseduru kifayət qədər mürəkkəb məsələdir: "Yəni bir məsələ öncə Konqresin Nümayəndələr Palatasında müzakirə olunur, daha sonra Senatın xarici əlaqələr komitəsinə təqdim edilir və burada müzakirə olunur. Nəhayət Senatda səsə qoyulur. Bu, ondan xəbər verir ki, sadəcə olaraq ABŞ, xüsusilə Konqres qondarma "erməni soyqırımı” ilə Türkiyəyə təzyiq rıçaqına əl atmaq istədi. Təbii ki, burada müəyyən faktorların təsiri oldu. Xüsusilə, erməni lobbisinin rolunu qeyd etmək lazımdır. Amma bütün hallarda ABŞ-ın Türkiyə ilə kifayət qədər ciddi ortaq maraqları mövcuddur. Bu baxımdan rəsmi Vaşinqton Türkiyəyə münasibətdə ən kəskin addıma getməyəcəkdi. Elə özüm də proqnozlaşdırmışdım ki, Senatda qondarma soyqırımı məsələsi keçməyəcək. Ümumiyyətlə, ABŞ-da belə bir təcrübə var, Konqresdə hər hansı bir dövlətə münasibətdə sənəd qəbul olunursa, Senatda o məsələ keçmir. Yəni bu da ümumilikdə o deməkdir ki, ABŞ-da rəsmi səviyyədə saxta soyqırımı tanınmır. Konqresin Nümayəndələr Palatasının tanıması, ABŞ-da rəsmi səviyyədə saxta soyqırımın tanınması anlamına gəlmir. Ümumiyyətlə, hesab edirəm ki, ermənilərin irəli sürdüyü qondarma soyqırımı məsələsi tanınmayacaq. Çünki ABŞ Türkiyə ilə münasibətlərini qoruyub saxlamaqda maraqlıdır”.
Türkiyənin Respublika günündə - oktyabrın 29-da ABŞ Konqresinin
Nümayəndələr Palatası gözlənilmədən qondarma "erməni soyqırımı” ilə bağlı sənəd
qəbul etdi. Çünki buna qədər uzun illər ərzində bu saxta soyqırımı məsələsi
Nümayəndələr Palatasının gündəliyinə salınsa da, burdan o yana, yəni
müzakirələrə keçməmişdi. ABŞ tərəfi bu addımın atılmasına səbəb kimi Türkiyənin
Suriyada həyata keçirdiyi əməliyyatları göstərsə də, əslində başqa məsələlərin
olması dünyaya bəlli idi. Təbii ki, ABŞ öz niyyətini başqa vasitələrlə edə
bilərdi, lakin qondarma soyqırımı iddialarının daha təsiredici qüvvəsinin
olması diqqətdən kənarda saxlanılmadı. Nəticə isə heç də ürəkaçan olmadı. Çünki
NATO-nun bir üzvünün digərini hədəfə alması, birmənalı qarşılanmadı. Halbuki
NATO-ya daxil olan ABŞ və Türkiyə bütün məsələləri öz aralarında - masa
ətrafında həll edə bilərdilər. Necə ki, Türkiyə prezidenti Ərdoğanın ABŞ-a
səfəri zamanı bunun açıq şahidi olduq. Məhz Vaşinqtonda prezidentlər Ərdoğan və
Tramp arasında aparılan müzakirələrin nəticəsi olaraq, Senata təqdim edilən
qondarma "erməni soyqırımı” ilə bağlı sənədə veto qoyulub. Bəs görəsən ABŞ-ın
Nümayəndələr Palatası niyə bu saxta soyqırımı ilə bağlı sənədi qəbul etdi,
Senat isə ona veto qoydu?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirdi ki, Türkiyənin Suriyadakı
hərbi əməliyyatlarına cavab olaraq, ABŞ-dakı erməni və yəhudi lobbisi
Nümayəndələr Palatasında böyük səs çoxluğu ilə saxta erməni soyqırımı
iddiasının tanınmasına dair qanun layihəsi qəbul etmişdi: "Konqresdə bu
məsələni müzakirəyə çıxarmaqla, yəhudi lobbisi Türkiyə prezidenti Ərdoğanın
Yaxın Şərq siyasətinə təsir etmək, danışıqlarda istədikləri nəticəyə nail olmaq
məqsədi güdürdü. Saxta "erməni soyqırımı” məsələsi isə sadəcə təzyiq üçün
bəhanə idi. Bundan başqa, Ərdoğan ailəsinin varidatı məsələsi, türk
rəsmilərinin ABŞ vizalarının ləğvi, onların ABŞ banklarındakı hesablarının
dondurulması və s. məsələlər də Türkiyəyə təzyiq məqsədi daşıyırdı. Lakin bu təzyiqlər NATO-nun ikinci ən böyük ordusuna
malik olan ölkənin Alyansdan uzaqlaşmasına, ABŞ-ın Yaxın Şərqdəki mövcudluğunu
təhdid edə bilərdi. Ümumiyyətlə, bu, təşkilatın zəifləməsinə, nüfuzunun
azalmasına səbəb olacaq addım olardı. Tramp-Ərdoğan görüşünün əsas
məqsədlərindən biri ABŞ-ın Türkiyəni Rusiya ilə ittifaqdan çəkindirməyə
çalışmaqla, ikitərəfli hərbi əməkdaşlıq, o cümlədən 100 milyardlıq silah
kontraktının bağlanılması – F- 35 qırıcılarının satılması idi. Bu mənada ABŞ-ın
Türkiyəyə təzyiq amilləri təkcə saxta soyqırımı iddiaları ilə bağlı bitmirdi.
Türkiyədə insan haqları, Suriyada cihadçıların Ankara tərəfindən dəstəklənməsi
və s. mövzular da müzakirə predmeti idi”. N.Məmmədova qeyd etdi ki, saxta soyqırımı layihəsinə veto qoymağa görə, Türkiyədən tələb olunan məbləğ, gördüyümüz kimi, 100 milyardlıq saziş idi: "Bu, Türkiyəni şantaj vasitəsindən başqa bir şey deyildi. Göründüyü kimi, saxta soyqırımı iddiası böyük dövlətlərin gündəliyində Türkiyəyə təzyiq və şantaj vasitəsindən başqa bir şey olmayıb və prezident Ərdoğanın ABŞ-a səfəri bunu bir daha təsdiq etmiş oldu”.
Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, ABŞ Konqresində xüsusilə başqa dövlətlərlə bağlı qərarın qəbul olunması proseduru kifayət qədər mürəkkəb məsələdir: "Yəni bir məsələ öncə Konqresin Nümayəndələr Palatasında müzakirə olunur, daha sonra Senatın xarici əlaqələr komitəsinə təqdim edilir və burada müzakirə olunur. Nəhayət Senatda səsə qoyulur. Bu, ondan xəbər verir ki, sadəcə olaraq ABŞ, xüsusilə Konqres qondarma "erməni soyqırımı” ilə Türkiyəyə təzyiq rıçaqına əl atmaq istədi. Təbii ki, burada müəyyən faktorların təsiri oldu. Xüsusilə, erməni lobbisinin rolunu qeyd etmək lazımdır. Amma bütün hallarda ABŞ-ın Türkiyə ilə kifayət qədər ciddi ortaq maraqları mövcuddur. Bu baxımdan rəsmi Vaşinqton Türkiyəyə münasibətdə ən kəskin addıma getməyəcəkdi. Elə özüm də proqnozlaşdırmışdım ki, Senatda qondarma soyqırımı məsələsi keçməyəcək. Ümumiyyətlə, ABŞ-da belə bir təcrübə var, Konqresdə hər hansı bir dövlətə münasibətdə sənəd qəbul olunursa, Senatda o məsələ keçmir. Yəni bu da ümumilikdə o deməkdir ki, ABŞ-da rəsmi səviyyədə saxta soyqırımı tanınmır. Konqresin Nümayəndələr Palatasının tanıması, ABŞ-da rəsmi səviyyədə saxta soyqırımın tanınması anlamına gəlmir. Ümumiyyətlə, hesab edirəm ki, ermənilərin irəli sürdüyü qondarma soyqırımı məsələsi tanınmayacaq. Çünki ABŞ Türkiyə ilə münasibətlərini qoruyub saxlamaqda maraqlıdır”.
E.Mirbəşiroğlu vurğuladı ki, Türkiyə prezidenti Ərdoğanın səfəri
ərəfəsində saxta soyqırımı məsələsinin Konqresin Nümayəndələr Palatasında
müzakirə olunması və qərar qəbul olunması çox güman ki, dövlət başçılarının
görüşü zamanı ABŞ-ın danışıqlar prosesində imkanlarını genişləndirməli idi:
"Amma görünən tərəf ondan ibarətdir ki, görüş, həm ABŞ, həm də Türkiyə
tərəfinin müəyyən məsələlərdə ortaq məxrəcə gəlməsi və maraqlara cavab
verilməsi fonunda keçib”.
BƏXTİYAR