• cümə axşamı, 28 mart, 18:58
  • Baku Bakı 13°C

NRYTN: Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir - FOTO

24.11.20 16:00 412
NRYTN: Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir - FOTO

Kiberdələduzlar tərəfindən koronavirusla bağlı həyata keçirilən fişinq hücumları artmaqdadır.
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) "APA-Economics”ə verilən məlumata görə, belə ki, növbəti fişinq kampaniyasında məşhur şəxslərin real videolarından istifadə olunaraq onların adından saxta canlı yayımlar edilir. 10 min avrodan çox ianə təklifi ilə istifadəçilər həmin yayımları izləməyə sövq olunur. Yayıma daxil olub sadə sualı cavablandıran istifadəçidən növbəti mərhələlərdə fərdi məlumatlarını təqdim edərək qeydiyyatdan keçməsi və kart hesabının məlumatları istənilir. Bu cür məlumatları təqdim edən istifadəçinin hesabından vəsaitlər silinir və fərdi məlumatları digər kiberdələduzluq əməllərinin həyata keçirilməsində istifadə olunur.
Qeyd edək ki, kiberdələduzların gələcəkdə insanların koronavirusla bağlı qorxu, təşviş və marağından sui-istifadə edərək onları "tələ”yə salmaq cəhdlərini davam etdirməsi istisna olunmur.
Məhz bu səbəbdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları kibermühitdə maksimum diqqətli olmağa, hər hansı hədiyyə, ianə və ya pulsuz məhsul vəd edən bildirişlərə aldanıb fərdi, xüsusilə bank məlumatlarını təqdim etməməyə və bu kimi bildirişləri spam mesaj olaraq şikayət etməyə çağırır.
Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməlidirlər. Hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdırlar.
Həmçinin vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdəwww.cert.azsaytı və [email protected] poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.

banner

Oxşar Xəbərlər