AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri G20 liderlərinə müraciət ediblər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri G20 liderlərinə müraciət ediblər

Mədəniyyət
18 Avqust 2020, 10:53 342
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri "Dünyanın 200 nüfuzlu liderinin G20 ölkə liderlərinə” adlı müraciətə imza atıblar.
Mərkəzdən Trend-ə bildirilib ki, imzalanan müraciət, COVID-19 pandemiyası səbəbindən qlobal təhsildə yaranmış fövqəladə halların aradan qaldırılması üçün təcili tədbirlər görməyi nəzərdə tutur. Müraciətdə bildirilir ki, 1 milyarddan çox uşağın təhsili məktəblərin bağlanması səbəbindən yarımçıq qalıb. UNESCO-nun hesablamalarına görə, təxminən 30 milyon uşağın gələcəkdə təhsil almaq taleyi sual altındadır. Təhsilin daha bir vacib tərəfi gənc yeniyetmə qızların erkən nigaha cəlb edilməsinin qarşısını almaqda mühüm əhəmiyyət kəsb edir.

Daha çoxu istismar və təhlükəli əməyə məcbur edilmək riski daşıyan gənc uşaqlardır. Təhsil insan inkişafının demək olar ki, bütün sahələrində - uşağın sağ qalmasından ana sağlamlığı, gender bərabərliyi, iş yerlərinin yaradılması və iqtisadi artım ilə əlaqəli olduğuna görə təhsildə fövqəladə vəziyyətin yaranması illər ərzində 2030-cu il Davamlı İnkişaf Məqsədlərinə nail olmaq perspektivlərini sarsıdacaq və gender bərabərliyi sahəsində olan irəliləməni ləngidəcək. Dünya Bankının hesablamlarına əsasən, təhsilin uzunmüddətli dondurulmasının iqtisadi dəyəri 10 trilyon dollar qədər ola bilər. Bütün bu potensial problemlərin qarşısını almaq məqsədilə dünya liderləri, indi məktəbə qayıtmağa hazırlaşan, yarım il ərzində təhsildən məhrum olmuş milyonlarla uşağın hökumətlərinin yeni proqramlara və düzgün təlimlərə investisiya qoymağa çağırıb.