• cümə, 26 Aprel, 09:47
  • Baku Bakı 12°C

Nazir: Müəssisələr dövriyyəni yüz milyonlarla manat azaldır

18.02.19 11:45 401
Nazir: Müəssisələr dövriyyəni yüz milyonlarla manat azaldır
Azərbaycanda "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması 2019-cu ildə xüsusi diqqət ayrılacaq prioritetlərdən biri olacaq.
Trend-in məlumatəna görə, bunu Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" forumunda deyib.
Nazir bildirib ki, ötən ilin yekunu üzrə iri topdansatış müəssisələrində 930 milyon manat, şəbəkə sistemli marketlər - 122 milyon manat, özəl tibb müəssisələrində isə 230 milyon manatdan artıq dövriyyənin azaldılması faktları aşkarlanıb:
"Bizim ilk funksiyamız bütün faktları aşkara çıxarmaq və müəssisələri vergiyə cəlb etməkdən ibarətdir".
banner

Oxşar Xəbərlər