• çərşənbə axşamı, 19 mart, 06:35
  • Baku Bakı 8°C

NATO 1 milyard avroluq Hərbi İnnovasiyalar Fondu yaradacaq

21.10.21 16:59 599
NATO 1 milyard avroluq Hərbi İnnovasiyalar Fondu yaradacaq
"NATO-nun müdafiə nazirləri süni intellektlə bağlı strategiya qəbul edəcək və 1 milyard avroluq Hərbi İnnovasiyalar Fondunun yaradılmasını bəyan edəcəklər".
"Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu alyansın müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə səfər etmiş NATO-nun Baş katibiYens Stoltenberqbildirib.
NATO-nun İnnovasiyalar Fondu hərbi texnologiyaların və iki təyinatlı texnologiyaların yaradılmasını aktivləşdirmək məqsədilə qrantların ayrılması üçün istifadə ediləcək.
Bundan başqa, NATO alyans ölkələrində istehsal edilən mülki təyinatlı texnologiyaların hərbi istifadəsi yollarının axtarışı ilə məşğul olan DIANA texnologiya mərkəzləri şəbəkəsinin yaradılmasını aktivləşdirmək niyyətindədir.
banner

Oxşar Xəbərlər