AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Narkotik tərkibli bitkilər barədə metodiki-tədris vasitələri hazırlanır

Narkotik tərkibli bitkilər barədə metodiki-tədris vasitələri hazırlanır

Cəmiyyət
31 May 2020, 13:15 134
Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətimiz qarşısında duran ən vacib məsələlərdən biridir. Bu fikir AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın "Narkomaniya bütün pandemiyalardan daha təhlükəlidir” adlı məqaləsində yer alıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə bəzi narkotik bitkilər, onların müxtəlifliyi, insan orqanizminə təsiri, törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilib. Akademik bildirib ki, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin institutlarında narkotik tərkibli bitkilər və onlardan istifadə barədə zəruri metodiki-tədris vasitələri hazırlanması və internet resurslarında yerləşdirilməsi üzərində iş aparılır.
İ.Hüseynova akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda narkotik asılılığın öyrənilməsinin elmi müəssisənin mövzu planlarında və layihə işlərində önəmli yer tutduğunu söyləyib. O, bu sahədə aparılan işləri ətraflı şərh edərək üzərində tədqiqatlar aparılan preparatların narkotik asılılığın aradan qaldırılmasına kömək edəcəyinə əmin olduğunu bildirib.