AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Naqif Həmzəyev Türkiyədə keçirilən “Xocalıya Ədalət həftəsi”ndə iştirak edir

Naqif Həmzəyev Türkiyədə keçirilən “Xocalıya Ədalət həftəsi”ndə iştirak edir

Cəmiyyət
27 Fevral 2020, 13:45 530
Milli Məclisin deputatı Naqif Həmzəyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” kampaniyası çərçivəsində "İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən Türkiyədə keçirilən "Xocalıya Ədalət həftəsi”ndə iştirak edir.
Trend-in məlumatına görə, "Xocalıya Ədalət həftəsi” çərçivəsində İstanbul Aydın Universitetində baş tutan Xocalı soyqırımının 28-cı ildönümü mərasimində Azərbaycan və Türkiyədən rəsmi şəxslər, millət vəkilləri, QHT və media rəhbərləri iştirak ediblər.
Konfransda çıxış edən millət vəkili Naqif Həmzəyev Azərbaycana qarşı yürüdülən erməni təcavüzündən danışıb, Xocalı faciəsi barədə ətraflı məlumat verib. Xocalı soyqırımı zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini bildirən millət vəkili Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən tarixi həqiqətlərin geniş ictimaiyyətin diqqətinə çatdırılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən aksiyaların böyük əhəmiyyətini xüsusi ilə qeyd edib.
Konfransda "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və İstanbul Aydın Universiteti prorektoru Zafer Arslan çıxış edərək, Xocalıda yaşanan dəhşətin, soyqrımın XX əsrdə baş verən ən dəhşətli cinayət olduğunu bildiriblər. Natiqlər Xocalı soyqırımının Türk dünyasının ortaq kədəri olduğunu dilə gətiriblər.
Qeyd edək ki, "Xocalıya Ədalət həftəsi” çərçivəsində İstanbulun bir sıra bələdiyyə və universitetlərində Xocalı soyqırımı ilə bağlı konfranslar davam edir.