• cümə axşamı, 12 sentyabr, 14:38
  • Baku Bakı 28°C

Müzəffər və şanlı Ordumuz tarixi missiyanı şərəflə yerinə yetirdi

27.06.21 14:15 332
Müzəffər və şanlı Ordumuz tarixi missiyanı şərəflə yerinə yetirdi
26 iyun – Silahlı Qüvvələr Gününü tam fərqli əhval-ruhiyyədə qeyd edirik. Vətən müharibəsi dövründə Azərbaycan Ordusu qarşıya qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirdi və şanlı Qələbə qazandı.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat qeyd edib ki, Qarabağ Zəfərinə qədər Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə dövlət büdcəsində müdafiə və təhlükəsizlik məsələləri üçün nəzərdə tutulan xərclər ildən-ilə artırıldı, ölkənin təkmil müdafiə sənayesi yaradıldı, Ordu ən müasir silahlarla təchiz edildi. Ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. Beləliklə, iqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlar 44 günlük Vətən müharibəsində böyük qələbəmizi şərtləndirdi.
"Azərbaycanda ordu hər zaman qürur və güc mənbəyi olub”, - deyən K.Nurullayeva bildirib ki, şəxsi heyətin yüksək vətənpərvərlik əhval ruhiyyəsində olması Azərbaycan Silahlı Qüvvələrinin ən böyük üstünlüklərindən biridir. Cəmiyyətimiz və dövlətimiz hər zaman Ordumuzun yanında olub. Azərbaycan hərbçisi hər zaman dövlət tərəfindən ən yüksək diqqət və qayğı ilə əhatə olunub: "İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında" Prezidentin Sərəncamı da bu qayğının növbəti nümunəsidir”.
Deputat qeyd edib ki, Sərəncama uyğun olaraq Prezidentin əlavəsi hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində olacaq. Bu da hərbçilərimizin sosial rifahının daha da yaxşılaşmasını təmin edəcək: "Ümumiyyətlə, ölkəmizdə hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, onların sosial rifahının yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. İyunun 24-də 76 mindən artıq hərbçi orden və medallarla təltif olunub. Bu, Vətən uğrunda canından keçməyə hazır olan qəhrəman hərbçilərimizə verilən dəyərdir. Azərbaycan əsgəri hər zaman Vətənimizin müdafiəsinə hazır olub. Şəhid və qazilərimizin döyüş yolu, ailə üzvlərinin nümunəvi davranışları, onların qüruru düşmənə ən ağır zərbə oldu. Bu gün Azərbaycan xalqı müzəffər Ordumuzla fəxr edir”.
banner

Oxşar Xəbərlər